Biz səmada qartal, torpaqda qurduq

Bəli, tarixin şanlı və qanlı səhifələrini vərəqləyib baxsaq, bütün ölkələrin hansısa illərdə müttəfiq ölkələrlə müharibəsi, münaqişəsi olduğunu açıq-aşkar görə bilərik. Və qəribəsi də odur ki, qələbəni ordu qazanır – canları, qanları, gəmləri sayəsində. Lakin tarixə onların deyil, sərkərdələrin, kralların adları düşüb.

Yalnız iki xalqdan başqa. O da Türkiyə və Azərbaycandır. Məsələn, Türkiyə tarixinə baxsaq, ən qanlı savaşlardan biri Çanakkala olub ki, üç günə 250 min şəhid verib. Bu gün də daxil olmaqla, Atatürk deyəndə, Çanakala şəhidləri, Çanakala deyəndə, Atatürk yada düşür. Azərbaycanda da həmçinin, bu gün Ali Baş Komandan İlham Əliyev xalq tərəfindən necə dəstəklənirsə, son 30 ildə baş verən məlum hadisələrin nəticəsində döyüş meydanında şəhid olan oğulların hər birini adı da Prezidentimiz kimi uca tutulur.

Tarixi faktlara əsaslanaraq bildirək ki, Çin, Yaponiya, Koreya hökuməti öz ordusu ilə söhbət apararkən dəfələrlə vurğulamışlar ki, əgər döyüş vaxtı cəmi bir nəfər bütöv bir orduya meydan oxuyursa, bilin ki, o, türk əsgəridir və ondan ehtiyat edin.

Hətta bir faktı da qeyd etmək yerinə düşər ki, İkinci Dünya müharibəsi vaxtı Hitlerə «Nədən Türkiyəyə girmirik?» – sualı verilib. Hitlerin cavabı belə olub: «Ora girsək, iki ehtimal var: ya bizim soyumuz quruyacaq, məğlubiyyətimiz qaçılmazdır, ya da ki, şans bizdən yana olub qalib gəlsək, onda da gərək bütün türklərin soyunu qurudaq ki, bu da tam mümkün deyil. Çünki hər hansı ölkədə yaşamış olsa belə, bir türk ətrafına ordu yığıb gəlib türkün intiqamını alacaq. Odur ki, o ölkənin sərhədindən sakitcə keçməliyik. Çünki türklər ayağa qalxsa, şeytanı belə cəhənnəmdən qovarlar».

Yeri gəlmişkən məqamında bildirək ki, İkinci Dünya müharibəsində qələbəni Rusiya tərəfinin qazanmasında Azərbaycan əsgərlərinin də kifayət qədər payları, şücaətləri vardır. Rəsmi məlumata görə, 600 mindən çox Azərbaycan oğlu döyüş meydanında şəhid olmuşdur. Onlardan bir neçəsi hətta general rütbəsinə və Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Həzi Aslanov kimi qəhrəmanlarımızın şücaəti də bu kimi faktlardandır. Bu gün belə, Rusiya hökuməti həmin qələbənin təkcə Rusiyanın yox, Azərbaycanın da qələbəsi olduğunu inkar etmir, hətta hər il 9 May qələbə günündə ölkə prezidentləri bir-birilərini, xalqları təbrik edirlər. Həm Azərbaycan vətəndaşı, həm də jurnalist kimi mən əminəm ki, hal-hazırda Qarabağda gedən döyüşlər yaxın zamanda qələbəmizlə nəticələnəcək və bu gün işğaldan azad edilmiş torpaqlarımız kimi, üçrəngli bayrağımız Ağdamda, Şuşada, Laçında və digər bölgələrimizdə dalğalanacaq, zəfər Azərbaycanın olacaq. Çünki Azərbaycanın güclü ordusu, iradəli xalqı var. Bu gün xalq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevlə yumruq kimi birləşib, bir bayraq altında irəliləməkdədirlər.

Tarix boyu Azərbaycanda yüzlərlə ölkənin vətəndaşları dostluq və sülh şəraitində yaşayıblar və bu gün də bu ənənə davam edir. Azərbaycan tolerant ölkə olduğunu dünya arenasında təsdiqləyib. Lakin təəssüfləndirici haldır ki, bu gün Batı mediasında Azərbaycan haqqında yalan-yanlış informasiyalar yayılmaqdadır. Dəfələrlə ölkəmizdən həmin ölkələrin səfirliklərinə və konsulluqlarına bu haqda rəsmi müraciətlər edilsə də, hələlik heç bir nəticə verməyib.

Aydın məsələdir ki, bütün bunların arxasında erməni diasporası və onların Azərbaycan haqqında apardıqları anti-reklam dayanır.

Bu gün ölkəmizdə baş verən məlum hadisələrə Qərb çox sərt yanaşır, haqlı davamızda Azərbaycanı haqsız duruma düşürməklə məşğuldurlar. Onların Azərbaycanda gedən döyüşlərdə azərbaycanlı əsgərlərin deyil, Türkiyə, Pakistan ordularının vuruşduğu və s. fikirləri vurğulanır. Bütün bunlara son kəs aydınlıq gətirmək üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həm türk, həm də Qərb mediasına geniş şəkildə müsahibə verdi. Və bu müsahibə dünyanın 128 ölkəsində müxtəlif dillərdə yayımlandı. Bu müsahibələrdə Prezidentimiz çox məqama toxundu, əsaslı şəkildə faktlara söykənərək öz sözünü bir daha bütün dünyaya çatdırdı.

Biz də bu gün o çıxışın müəyyən hissələrini oxucularla paylaşmağı özümüzə borc bilirik. Ölkə başçısı çıxışında son günlərdə Ermənistan tərəfindən Bakı-Ceyhan neft kəmərinin raket atəşinə tutulduğunu bildirərək, qeyd etdi ki, bu addımla Ermənistan özünün bir daha aciz və qorxaq olduğunu sübut etdi. Ermənistan çox gözəl bilir ki, o döyüş meydanında artıq uduzmuşdur və əlacsız qaldığından bu kimi yollara əl atır. Düzdür, atılan raket neft kəmərinin yaxınlığına düşdü. Zatən, sirr deyil ki, bu neft kəmərləri torpağın çox dərinliyində yerləşdirilmişdir, o səbəbdən risk çox az idi. Amma bizim eyni zamanda alnımız açıqdır. 2006-cı ildən Bakı-Ceyhan neft kəmərinin Azərbaycan tərəfindən qorunduğu və bu günə qədər heç bir sorun olmadığı heç kimə sirr deyil. Amma bu gündən sonra Avropa sirkələnsə, daha yaxşı olar. Çünki Azərbaycanda TANAP səhmdarları var və gələn il bu proje həyata keçir.

Paşinyan hər lazımsız, düşünülməmiş hərəkətləri ilə xalqını fəlakətə sürükləyir. Bu gün Ermənistan aclıq, səfalət içərisində yaşayır. Xalq öz ovladlarının Qarabağa gedib boş yerə ölməklərini istəmir. Ona görə də onlar öz övladlarını ölkədən çıxarıblar. Ermənistanda bu gün diktatura hökm sürür. Beynəlxalq ənənəvi müttəfiqlərlə Ermənistanın baş naziri Paşinyan sorun yaşayır. Bu gün hər kəs bilir ki, Paşinyan babası Sorosun maşasıdır, onun yolu ilə gedir. Bu yaxınlarda internetdə Sorosla Paşinyanın iyrənc fotosunu görən və bundan ikrah hissi keçirdiyini bildirən Prezidentimiz bildirdi ki, bu gün Ermənistan QHT təşkilatlarının və Fransa, İran, Rusiya və s. ölkələrindəki erməni diasporlarının yardımları ilə ayaqda qalmağa çalışır. Büdcəsi boş vəziyyətdədir. Silah-sursatı, əsgəri və muzdları belə, başqa ölkələrdən «dilənçiliklə» əldə edir.

Bu gün Qərb söz gəzir ki, guya Azərbaycanı silah və ordu ilə Türkiyə təmin edir. Bu, ağ yalandan başqa bir şey deyildir. Bəli, Türkiyə Azərbaycanın yanındadır, dəstəkləyir. Azərbaycan-Türkiyə dostluğu sınaqdan keçmişdir. Bu gün bu sınaqdan Pakistan da keçdi. O da Azərbaycanın yanındadır. Amma döyüş meydanında vuruşan Azərbaycan ordusudur. Silaha gəlincə, Azərbaycan silahı Türkiyədən, Pakitstandan, İsraildən, hətta Rusiyanın özündən də pul ilə satın alır. Bizə bu silahlar Ermənistan kimi pay verilmir, alınır. Hətta bu gün yeri gəlmişkən bildirim ki, Azərbaycan əsgəri işğaldan azad etdiyi bölgələrimizdə 203 tank və o qədər də silah-suratı qənimət kimi ələ keçiriblər. Azərbaycan əsgərinin əzmini, gücünü görən erməni faşistləri döyüş meydanından qaçmaq üçün siçan dəliyi axtarırlar. Bu gün Qarabağda çox az sayda erməni hərbçisi var. Orada vuruşanlar əsasən muzdlulardır ki, onlar da İrandan, Kanadadan, Rusiyadan, Suriyadan gələn erməniəsilli terrorçular, PKK-çılardır. Əslində, onlara kim ixtiyar verib ki, başqa ölkələrin vətəndaşları olduqları halda, bizim ölkəyə məxsus olan cənnət guşəmizə gəlib orada ev sahibinə güllə atır? Eybi yoxdur, biz onları da iti qovan kimi öz torpaqlarımızdan qovacağıq.

Yeri gəlmişkən, üzümü Qərbə tutub bildirirəm, deyən cənab Prezidentimiz İlham Əliyev onu da qeyd etdi ki, bu gün Avropa iddia edir ki, Türkiyə ordusu Azərbaycanda yerləşdirilmişdir. Bu, başdan-ayağa cəfəngiyatdır. Birincisi, əgər belə bir şey olsaydı, bundan kimə nə? Amma belə bir fakt yoxdur. Lakin mən sizə başqa bir faktı deyim. Bu gün Ermənistanda Rusiyanın hərbi bazası var. Orada minlərlə döyüş texnikası, silah-sursat və rəsmi məlumata görə, 5 min xüsusi təyinatlı hərbçi var. Boş-boş danışan Batı bu faktlara nəzər salsın. Hətta bilməyənlərin nəzərinə çatdırım ki, bu gün Azərbaycan sərhədlərini məhz Azərbaycan əsgəri, polisi, gömrükçüsü şərəf və ləyaqətlə qoruyur. Amma gəlin Ermənistan sərhədinə baxaq. Orada zavallı ermənilər yox, İran və Rusiya hərbçiləri nəzarət edir. Məncə, artıq şərhə ehtiyac yoxdur.

Bizlər haqq yolundayıq, öz torpaqlarımız yolunda vuruşuruq. Düzdür, əvvəl torpaqlarımızı işğaldan sülh yolu ilə azad etmək istədik. Qan tökülməsini istəmədik, lakin bu bizim 30 ilimizi apardı. Bizim artıq bundan belə 30 il də gözləmək səbrimiz yoxdur. Odur ki, döyüş əmri verildi və torpaqlarımız erməni işğalından azad edilməkdədir. Batı mediasında bizi qaralamağa çalışmasınlar. Eyni zamanda da kənar dövlətlər Azərbaycanın işinə qarışmasınlar, açarıq sandığı, tökərik pambığı.

Ali Baş Komandanımız çıxışında bildirmişdir ki, Azərbaycan xalqına, xüsusilə də döyüş meydanlarına yaxın ərazilərdə yaşayan vətəndaşlarımaza çox sayda ziyan dəymişdir. Çoxunun evi, maşını, bəzilərinin mal-qarası məhv edilmişdir. Lakin qürurverici hal ondan ibarətdir ki, əhali – hər şey Azərbaycan əsgərinə, dövlətinə fəda olsun, yetər ki, Qarabağımız işğaldan azad olsun deyirlər. Bu hal ən çox ziyan dəymiş Ağdamda, Tərtərdə deyildiyi kimi, Ağcabədidə, Bərdədə, hətta Gəncədə də səsləndirilməkdədir. Bu gün hamı bir amal üçün yaşayır. Qarabağ düşməndən azad edilsin, Qarabağ camaatı öz ata-baba ocaqlarına geri dönsünlər. Malına-mülkünə ziyan dəymiş əhalimiz çox gözəl bilir ki, Prezidentimiz onların yanındadır. Dağılmış evləri daha geniş, daha konfortlu mənzillərlə əvəz ediləcək. Maşınları son model avtomobillərlə yenilənəcək. Tələf olmuş mal-qaraları da, toyuq-cücələri də təmin ediləcək. Mən Azərbaycan prezidenti olaraq onların yanındayam, onlar da bunu çox gözəl bilir. Mən bunu Şamaxıda baş verən zəlzələlərdə, Ağsuda kanalın daşması nəticəsində zərər görmüş insanların təlabatlarını ödəməklə sübut etmişəm. Azərbaycan xalqı bütövlükdə əmindir ki, onların sığortası hər hansı bir sığorta şirkəti deyil. Onların sığortası İlham Heydər oğlu Əliyevdir. Qarabağ işğaldan azad ediləcək, zatən özü cənnət olan o diyarlar yenidən cənnətə dönəcək. Bərdədə də, Gəncədə də dəymiş ziyanlar həll ediləcək, uçub-sökülən, yanan obyektlər, mənzillər yenidən tikiləcək, şəhərlərimiz abadlaşdırılacaq. Mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaqdır. Şəhidlərimizin qanı düşməndən alınacaq və Azərbaycan bundan sonra yeni bir mərhələyə qədəm qoyacaq. Öz tarixində yeni bir səhifə açacaq. O səhifədə Türkiyə ilə yanaşı, Pakistan da yer alacaq. Və biz son sözümüzü şərəflə, ləyaqətlə dünya arenasında deyəcək.

Yaşa, var ol, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev! Sizin bu çıxışlarınızdan sonra sizinlə bir daha fəxr edib, qürurlandıq. Daima yanınızdayıq! Siz Tarixin Şanlı Səhifəsinə öz adınızı qızıl hərflərlə Azərbaycanın ləyaqətli sərkərdəsi kimi də yazdıracaqsınız. Buna əminik. Var olun!

 

Rövşanə Nağıyeva

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password