Bakı Ermənistandakı 80 kv/km torpağını qaytarmasa… – Rusiyalı tarixçi
Rusiya Qafqaza erməni gözü ilə çox baxırdı və buna görə də Kreml və KTMT üçün əhəmiyyətli dərəcədə problemə çevrilə biləcək bəzi məqamları qaçırdı.
Bu sözləri məşhur rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov deyib.
Ekspert SSRİ-nin süqutu zamanı Azərbaycanın Ermənistan ərazisində dörd eksklava malik olduğunu bildirib:
“Qazax rayonunu, Barxudarlı (22 kv km), Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Kərki (19 kv. km), Qazax rayonu, Yuxarı (37 kv. km), Ağstafa rayonu, Yaradulla (0,16 kv.km).
Azərbaycanın dövlət sərhədləri ilə bu ərazilərin məsafəsi, müvafiq olaraq, 0,73; 3,85; 1,3 və 0,2 km-dir. Ümumi sahəsi 80 kv. km olan bu ərazilər Azərbaycanın yurisdiksiyasına qaytarılmadan bu ölkənin ərazi bütövlüyü tam bərpa olunmayacaq”, – deyə Kuznetsov qeyd edib.
O bildirib ki, işğalçıları Qarabağdan çıxarıldıqdan sonra Azərbaycan öz dövlət suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün ordusunu Ermənistana yönəltməlidir:
“Bu yerdə Kreml dilemma qarşısında qalacaq: KTMT-nin qorunub saxlanması naminə müttəfiqini (Ermənistanı – red.) dəstəkləmək və ya beynəlxalq hüquq normalarının bərqərar olunması naminə onu qurban vermək.
Putin, Lavrov və Medvedyevin (Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin yeni təyin olunmuş Qoşunlarının komandanı kimi) bu pat vəziyyətindən necə çıxacaqlarını görmək maraqlı olacaq. Üstəlik, azərbaycanlılar oradan qovulandan sonra bu Azərbaycan ərazilərinə ermənilər məskunlaşdırılıb və adları dəyişdirilib”, – deyə rusiyalı tarixşi qeyd edib./axar.az/