“Təmiz Şəhər” ASC-nin əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər
“Təmiz Şəhər” ASC-nin əməkdaşları könüllü olaraq aylıq maaşları hesabına Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 117916 manat ianə ediblər.
Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.
Hər şey Vətən üçün, hər şey qələbə üçün!