Paşinyanın taxtı silkələnir – 60 min erməni ayağa qalxdı, Putin Koçaryanı…
Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı Dağlıq Qarabağ və ətraf əraziləri azad etmək üçün başlatdığı əks-hücum əməliyyatları Ermənistan baş naziri Nikol Paşinyanın hakimiyyətini təhlükə altına atıb.
Azərbaycan Ordusunun ildırımsürətli irəliləyişi Ermənistanda xalqın hakimiyyətə olan etibarını sarsıdıb.
Türk qorxusu
Türk mallarını ölkədə boykot etmək istəyən N.Paşinyan ciddi etirazlarla üzləşib. Ticarətçilər baş nazirin istəyi yerinə yetərsə, batacaqlarını deyib. 60 min kiçik sahibkar baş nazirin bu çağırışını rədd edib. Böyük supermarketlər isə türk mallarını rəflərdən boşaltdıqdan sonra mağazaların böyük hissəsi boş qalıb. Məsələ ilə bağlı açıqlama verən Ermənistan Ticarət Palatasının sədri Vaqram Mirakyan türk mallarına boykot qərarının bir gecədə gerçəkləşdirilməyəcəyini vurğulayıb.
Türkiyənin “Hürriyət” qəzetinin əldə etdiyi sənədə əsasən, Ermənistanın hökumət başçısı daxili çaxnaşmanı yatırmaq üçün “türklər 100 il əvvəl bizi doğradı, bu gün də doğramaq istəyir” təxribatına başlayıb. Amma ona kimsə ciddiyyətlə yanaşmayıb. Paşinyanın xarici siyasətdə də gözlədiyi dəstəyi ala bilməməsi rəsmi İrəvanı çaşdırıb.
Bakı təşvişi
Hakimiyyətinin əvvəlində yumşaq görünən, lakin daha sonra bütün siyasi rəqiblərini həbsə atmağa başlayan Paşinyan siyasi və iqtisadi baxımdan küncə sıxışdıqca xalqına Azərbaycanı hədəf göstərməyə başlayıb.
Rusiyadan ümid kəsildi
27 sentyabrdan etibarən münaqişənin alovlanmasına rəğmən, Rusiyanın kənar siyasət izləməsi də diqqət çəkir. Bu siyasət rəsmi Moskvanın N.Paşinyana isti münasibət bəsləmədiyinin açıq işarəsidir. Paşinyanın həbs etdirdiyi, daha sonra azadlığa çıxardığı sabiq prezident Robert Koçaryana Moskvadan doğum günü təbrik məktubu göndərilməsi isə İrəvana münasibətin “duzu-bibəri” olub.
PKK sevgisi
Cəbhədə ağır itkilər verərək geri çəkilməyə məcbur olan Ermənistan ordusu ümidini Suriyadan gətirilən terror qruplaşmalarına bağlamış vəziyyətdədir. Dağlıq Qarabağa yerləşirilən PKK ünsürlərinin liderləri Ermənistan hökumətində kimlərlə görüşübsə, hamısı arxivləşdirilib./publika/az/