Ali məktəblərdə tədris forması ilə bağlı MÜHÜM AÇIQLAMA
“İnternetlə bağlı problem olduğuna görə hazırda ali təhsil müəssisələrində çətinliklər yaşanır”.
Bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.
Nazir universitetlərdə distant təhsilin müvəqqəti olaraq dayandırıldığını bildirib:
“Plana uyğun olaraq, bu təqvim ilinin sonuna qədər bu semestrdə distant təhsilin verilməsi nəzərdə tutulur”.
“1 oktyabr tarixindən bu il tələbə adını qazanan I kurslar ali təhsil müəssisələrinə müraciət edə bilər, onların ali təhsil məsələləri ilə tanışlığı təmin ediləcək”, – deyə nazir qeyd edib.