Polad Bülbüloğlu Rusiya XİN-ə çağırıldı

Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiya Federasiyası Xarici İşlər Nazirliyində Rusiya Daxili İşlər nazirinin birinci müavini Aleksandr Qorovoy və Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.

A.Rudenko Rusiyada yaşayan, yeni iş yerləri açaraq ölkə iqtisadiyyatına əvəzsiz töhfə verməkdə davam edən çox sayda azərbaycanlının xüsusi rolunu qeyd edib.

Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi zonasında mövcud hərbi əməliyyatların artması ilə əlaqədar Rusiya Federasiyası ərazisində yarana biləcək millətlərarası gərginliyin qarşısını almaq üçün tədbirlər görmək lazım olduğu qeyd edilib.

Aleksandr Qorovoy isə bildirib ki, Rusiya Daxili İşlər Nazirliyi hər iki icmanın nümayəndələri tərəfindən yerlərdə ola biləcək təxribatların qarşısını almaq üçün ən sərt tədbirlər görəcək. Bura xüsusən, saxlanılma, həbs, vətəndaşlıqdan məhrum etmə və ölkədən çıxarılma daxilidir.

Onlara həmçinin Rusiya ərazisində qalan, Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmiş, müvəqqəti yaşamaq üçün icazə, yaşayış icazəsi və patent almış Azərbaycan vətəndaşlarının sayı, habelə Rusiya ərazisindən deportasiya edilən şəxslərin sayı barədə statistik məlumatlar verilib.

“Görüş zamanı Rusiya tərəfi Səfirliyin Rusiyadakı azərbaycanlılara və diaspora təşkilatlarına ölkənin qanunlarına riayət etmələri üçün müraciətləri müsbət qiymətləndirib. Səfirlik bir daha Rusiya Federasiyasında yaşayan bütün həmvətənlərini hər hansı bir qanunsuz hərəkətdən çəkinməyə, Rusiya qanunvericiliyinə riayət etməyə və müstəsna qanun çərçivəsində fəaliyyət göstərməyə çağırır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password