Məşhur boksçu Məhəmməd Əlinin jurnalistə heyrətamiz cavabı

İllər öncə Amerikada baş vermiş 11 sentyabr hadisələri zamanı CNN-in jurnalisti M.Onel məşhur boksçu, sonralar da müsəlman dinini qəbul edib, hətta bu dinin qoyduğu qanunları bütün incəliklərinə qədər yerinə yetirən Məhəmməd Əlini məşhur ticarət mərkəzlərinin birində görür. Və o, boksçuya yaxınlaşaraq özünü təqdim edir. Məhəmməd Əli jurnalistə suallarınız mağazadan nə aldığım və ya nələr alacağımla bağlıdırsa, vaxtımızı belə lazımsız şeylərlə almayaq. Xanım jurnalist isə «Xeyr, sualım cəmi bir dənədir və belədir» deyir və sualını səsləndirir: «11 sentyabr terror hadisələrini gerçəkləşdirən terroristlərlə, yəni müsəlmanlarla eyni dini paylaşmaqla siz özünüzü necə hiss edirsiniz?»

Məhəmməd Əli heyrətamiz cavabla həm jurnalisti, həm də əirafdakı insanları mat edir: «Siz Hitler ilə eyni dini paylaşan insan kimi nə hiss edirsinizsə, mən də onu hiss edirəm».

Qeyd edək ki, illər sonra bu müsahibəni alan jurnalist Məhəmməd Əlinin xəstə olduğu vaxt onun evinə gedib baş çəkib, hətta üzr belə istəmişdir.

Fürsətdən istifadə edib bildirim ki, heç kim heç kəsi tam olaraq sevmək məcburiyyətində deyil. Amma hər kəs hər kəsin inandığı, qəbul etdiyi dinə hörmət etmək məcburiyyətindədir.

 

Rövşanə Nağıyeva

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password