ƏSƏD SURİYANI XRİSTİANLAŞDIRIR? – Suriyada yeni “Müqəddəs Sofiya” kilsəsinin təməli qoyulub
Suriyadakı Xama əyalətinin Skalbiya qəsəbəsində «Müqəddəs Sofiya» adlanacaq yeni pravoslav məbədinin təməlqoyma və xatirə lövhəsinin açılış mərasimi baş tutub.
Mərasimdə Rusiyanın Suriyadakı hərbi qruplaşmasının komandanı, generl-leytenant Aleksandr Çayko, Xamanın mitropoliti Nikolas Balbaka və digər fəxri qonaqlar iştirak ediblər. Bu barədə sentyabrın 7-də Rusiyanın «Zvezda» telekanalı xəbər verib.
«Pravoslav məbədinin təməlinin qoyulması qədim Suriya torpaqlarında sülhün möhkəmlənməsi üçün böyük əhəmiyyət kəsb edir. O, keçmişin, indinin və gələcəyin ən yaxşı dini-mənəvi ənənələri arasında tarixi körpü rolunu oynayacaq» – deyə, Çayko bildirib.
Skalbiyada demək olar, bütün yerli əhali pravoslav xristianlardan ibarətdir. Bu yaşayış məntəqəsi uğrunda silahlılar arasında qızğın döyüşlər gedib. Məhz ona görə, “Müqəddəs Sofiya” məbədini bu ərazidə tikmək qərarı verilib.
Təşəbbüsün müəllifi qismində yerli xalq özünümüdafə dəstəsinin komandiri Nabdel əl-Abdalla çıxış edib. O, xəbər verib ki, məbəd İstambuldakı “Müqəddəs Sofiya” kilsəsinə bənzəyəcək. Onun sözlərinə görə, məbəddə suriyalı və rusiyalı “əzabkeşlərin” ruhuna dualar oxunacaq. O, nəinki suriyalıar və rusiyalılar üçün, həm də dünyadakı bütün inanclılar üçün bir yaddaş olacaq. Təşəbbüsün müəllifini Xamanın mitropoliti Nikolas da dəstəkləyib.
Təntənəli mərasimin gedişində rus və ərəb dillərində dualar oxunub – ibadəti Nikolas Balbaka və Suriyadakı Rusiya ordusunun komandan müavini Yevgeni Andreyev idarə ediblər.“Müqəddəs Sofiya” məbədinin ətrafında bu torpaqlarda həlak olmuş Rusiya və Suriya hərbçilərinə abidə ucaldılacaq.
İndi isə hörmətli oxucuların diqqətini bununla əlaqəli bəzi ilginc mətləblərə yönltmək istəyirəm. Məlumdur ki, bir müddət bundan əvvəl Türkiyə dövləti İstambuldakı Müqəddəs Sofiya məbədinin statusunu dəyişdirərək, onu muzeydən məscidə çevirib.
Xristian dünyasının buna yönəlik reakiyası hər kəsə məlumdur – hamısı yasa batdı, Yunanıstan isə gerçək matəm yaşadı. İllarion adlı rusiyalı bir keşiş isə kinayə ilə belə dedi: «Haralarda isə kilslələr dağıdılır, haralarda isə yeniləri tikilir…».
Görünür «müqəddəs» İllarion belə deyərkən, məhz «müqəddəs» Bəşər Əsədin Xama əyalətində tikəcəyi həmin kilsəni nəzərdə tuturmuş…
Suriyada illərdir davam edən vətəndaş müharibəsinin fəlakətli nəticələri indi dünynı lərzəyə gətirməkdədir – bu müharibə qədim İslam diyarı olan Suriyanı xarabalığa çevirib, milyonlarla yerli müsəlman əhalini ev-eşiyindən didərgin salınaraq, qeyri-leqal miqranta çevrilib.
İntensiv və böyük nisbətdə, eksperimental döyüş əməliyyatları nəticəsində bu ölkədəki bütün islami-tarixi abidələr, məscidlər, saraylar, bütöv tarixi yaşayış kompleksləri məhv edilib!
İndi isə «müqəddəs» Bəşər Əsəd Suriyanı xristianlaşdırmağa baş vurub, ölkədə dağıdılış məscidlərin yerində kilsələr tikdirməyə girişib. Belədə, məntiqi sual yaranır – daha «müqəddəs» Əsədlə «müqəddəs» İllarion və digər «müqəddəs»lər arasında nə fərq oldu?!
Bu gün yayılan başqa bir xəbərdə bildirilir ki, Yunanıstandakı bir miqrant düşərgəsi baş verən yanğın nəticəsndə tamamilə yanıb – sakin miqrantlar isə çöllərə tökülüblər. Yerli hakimiyyət orqanların yanğının baş vermə səbəbi kimi qəsdən yandırma ehtimalını önə çəkirlər və utanmadan bildirirlər ki, düşərgəni miqrantlar özləri yandırıblar.
Burada iki əsas məqama diqqət yönəltmək istəyirəm:
Birincisi , Yunanlar tarixi “Müqəddəs Sofiya” məbədinin «müəllifi» sayılırlar.
İkincsi,Yunanıstanda yandırılmış sözügedən miqrant düşərgəsnin sakinləri əsas etibarilə Suriyadan, Liviyadan və digər ərəb ölkələrindən didərgin salınmış müsəlmanlardan ibarətdir.
O da məlumdur ki, onları məhz xristanlar (ABŞ, Fransa, Almaniya və s. koalisiya dövlətləri) didərgin salıblar.
İndi isə nəticəyə diqqət yetirin: müsəlmanların didərgin salındığı ərazilərdə Əsəd kimi varlıqlar xristianları cəlb etmək məqsədilə kilsələr tikirlər, xristianlar isə qaçqın müsəlmanları bezdirib ölkələrindən çıxartmaq məqsədilə düşərgəni yandırırlar!
Başqa bir müqayisə:
Yayılan xəbərlərə görə, son 10 ildə baş verən daxili mühaibələr nəticəsində Suriyadan, İraqdan, Liviyadan və digər ərəb ölkələrindən baş götürüb qaçanların təxminən 4 milyona qədəri Türkiyədə məskən salıb.
Türkiyə dövləti isə həmin qaçqınların saxlanması üçün 40 milyard dollar civarında vəsait xərcləyib.
Bəs, bunun qaşılığında nələrin şahidi oluruq? Görünən odur ki, indi satqın və xəyanətkar ərəb monarxları xristianlarla, yəhudilrlə əl-ələ verib, Türkiyəyə qarşı vahid cəbhədən çıxış edirlər. Bizlər isə bunların da müsəlman olduğunu düşünüb, onlardan dəstək gözləyirik…AzPolitika.info