Vüqar Bayarmov: “Karantin uzadılsa belə, iqtisadi açılım davam etsin”

 

“Ölkədə yaradılan 82 milyard 681 milyon manatlıq Ümumi Daxili Məhsulun (ÜDM) 73 faizə qədəri karantın rejiminin davam edəcəyi şəhər və rayonun payına düşür”.

Bunu deputat Vüqar Bayramov deyib.

O, xüsusi karantın rejiminin sentyabrın 30-dək uzadıldığını xatırladıb: “Yoluxma hallarının yüksək olduğu qeyd edilən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bir sıra məhdudiyyətlər hələ davam edəcək. Ölkədə yaradılan 82 milyard 681 milyon manatlıq Ümumi Daxili Məhsulun (ÜDM) 73 faizə qədəri karantın rejiminin davam edəcəyi Bakı, Sumayıt şəhərləri və Abşeron rayonun payına düşür.

Bu o deməkdir ki, hər 100 manatlıq dəyərin 73 manatını yaradan 2 şəhər və 1 rayonda daha bir ay karantin qaydaları saxlanılacaq. Karantinin davam edəcəyi ərazilərdə 1.6 milyon nəfərlik muzdla çalışan vətəndaşlarımızın yarıdan çoxu fəaliyyət göstərir. Digər makroiqtisadi göstəricilərdə də oxşar mənzərədir.

Deməli, karantin ölkə iqtisadiyyatını daha çox formalaşdıran, iş yerlərini təmin edən ərazilərdə saxlanılıb. Bu isə o deməkdir ki, hətta karantin rejimi uzadılsa belə, gələn aydan etibarən iqtisadi açılımın davam etməsi məqsədəuyğundur. Söhbət iqtisadi dəyərin və eləcə də iş yerlərinin yenidən bərpasından gedir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password