“Əvvəlcə beş rayon, 5 il sonra Kəlbəcər və Laçın…” – Belə bir razılaşma olubmu?

“Belə bir saziş layihəsi müzakirə olunub”.

Bu sözləri açıqlamasında qondarma Dağlıq Qarabağ rejiminin “Təhlükəsizlik Şurasının katibi” Samvel Babayanın 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevlə o zamankı Ermənistan prezidenti Serj Sarkisyan arasında münaqişə ilə bağlı konkret saziş layihəsinin müzakirə olunduğu, plana əsasən ilk mərhələdə Ermənistanın beş rayonu, ardınca – 5 il sonra Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edəcəyini deməsinə münasibət bildirərkən Milli Məclisin deputatı Rasim Musabəyov deyib:

“Belə bir saziş layihəsi müzakirə olunub.Madrid prinsipləri arasında bu təkliflər də ortaya gəlib.Orada başqa məsələlər də vardı.Hansılar ki, Azərbaycan tərəfi razılaşmışdı.Ermənistan tərəfi referendumun vaxtının təyi edilməsini tələb edirdi ki, bu yolla Dağlıq Qarabağı Azərbaycandan qoparmaq istəyirdilər.

Azərbaycan tərəfi isə etiraz edərək bildirmişdi ki, referendumun vaxtı və orada qoyulacaq suallar yalnız Dağlıq Qarabağa azərbaycanlılar qayıdandan sonra mümkün olacaq”.

“Sözügedən müzakirələrin aparılması ilə bağlı informasiyaların yayılmasında qeyri-adi bir şey görmürəm”

Bunu isə sayta açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu deyib:

“Əslində burada qeyri-adi nəsə yoxdur. Səslənən həmin fikirlər Madrid prinsiplərinə uyğun məqamdır. Yenilənmiş Madrid prinsiplərinə uyğun ilk mərhələdə işğal edilmiş ərazilər boşaldılmalı, insanlar öz doğma yurdlarına qayıtmalı, onların təhlükəsizlik yaşam şərtləri təmin olunmalıdır.

Azərbaycanın dəyişməz mövqeyi ondan ibarətdir ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycan hər zaman bu prinsiplərə uyğun hərəkət edib. Müzakirələr də davamlı olaraq hər zaman bu istiqamətdə aparılıb. Amma məsələ ondadır ki, işğalçı Ermənistan belə müzakirələrdə iştirak etsə də, məsələnin həlli istiqamətində bu günə qədər heç bir əməli addım atmayıb.

Düşmən tərəf məsələnin həllinə yönəlik istənilən real addımdan həmişə çəkinib. Bu baxımdan sözügedən müzakirələrin aparılması ilə bağlı informasiyaların yayılmasında sensasiya axtarmıram və ya qeyri-adi bir şey görmürəm”./sfera.az/

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password