İnternet,internet sonrası həyat,gözlənilən təhtid-təhlükələr,problem və perspektivlər – AÇIQLAMA

 

ƏFLATUN MƏMMƏDOV

İnternet və yüksək texnologiyalar üzrə müstəqil ekspert

 

Heç şübhəsiz ki, İnrernet və onun yaratdığı virtual ortam, çox vektorlu olub, XXl əsrin bizə yaşatdığı inanılmaz möhtəşəm reallıqlarıdı.Nə qədər ki, onun gələcəyi, hətta,texnoloji baxımdan abstrakt suni intellektlər və alqoritmlərlə alternativi tapılmayıb,bu sahədə yaşayacağımız təhtid-təhlükələr, o cümlədən problemlər bütün  bəşəriyyəti  və onun texnoloji gələcəyini etkiləməkdə hələ də davam edəcəkdir.

Bu həm də virtual reallıqların sadəcə, dərindən hələ ki, qarşılaşmadığımız və gələcəkdə bizlərə yaşadacağı  təhlükə və problemlərin qoruxunc görünməyən tərəfidi.Aysberqsayağı bu təhlükə və təhditlərin kökü həm dərin, həm qaranlıq olub, bu mövzu üzrə sahə peşəkarlarının bu gün də ciddi baş sındırdığı əasas məsələlərdəndir.Bu mövzu,bütövlükdə götürüldükdə və əhatəliliyinə görə internet cəmiyyətinin və sadəlöv həvəskar istifadəçilərin mövzusu da deyil….

O zaman,  haqlı olaraq ortaya maraqlı və ciddi suallar çıxır

Bu təhdit- təhlükələr nədir və nələrdən ibarətdir, daha sadə desək aysberqin görünməyən təhtid- təhlükə və problemləri necə qavranılmalıdı ? Təbii olaraq bütün bu suallara  uyğun  veriləcək cavablar da aidiyyatı üzrə mütəxəssislərə görə heç də birmənalı deyildir.Belə ki, qeyd etdiyimiz kimi, bu sahədə dərindən ekspert çalışmaları və təhlilləri onu göstərir ki, bu sahənin həm peşəkarları, həm də həvəskarları üçün  İnternetin gələcəyi ilə əlaqədar problemlər və prespektivlər çox da nikbinlik yaratmır, əksinə, dumanlı və zidiyyətlidir.

Bildiyimiz kimi, İnternetin texniki-təşkilati və üstqurum hüquqi təşkilatları bu sahənin uyğun olaraq normativ reqlament, tövsiyə, protokollar və qaydalarını  işəyib hazırlamışlar və  bu gün də bu sənədlər natamam da olsa, onların əsasında bu sahədə yarıtmaz tənzimləmə işləri həyata keçirilir.Bu yarıtmazlıqlar, internet və etik kodekslərdə, kibercinyətkarlıqlarda, sybersqatting fəaliyyətlərində, feyk akountlar altında  anonim sui- istifadələrdə, ksenofobiya və irqçilik-diskriminativ ayrı seçkiliklərdə,tənzimlənəmə qanun – qaydaların yetərsizliyi, o cümlədən, adekvat olmaması və sair digər səbəblərdən bu gün də özünü  yarıtmaz olaraq göstərməkdədir.

Bu üst qurumlara, misal olaraq, İCANN ( internet cooperation for assigned numbers & names- internetin  üst qeydiyyat təşkilatı ),İANA ( internet association names & authorities ), RİPE ( regional internet protocols for eropean countries- internetin avropa regionu ölkələri üzrə səlahiyyətli orqanı) və digərləri daxildirlər. Bu təşkilatlar, bu sahədə yuxarıda qeyd etdiyimiz məsələlərin, o cümlədən tənzimləmə, həmçinin, reqlament, protokol, tövsiyyələr və  digər normativ sənədlər toplusunun  işlənib hazırlanmasını  və qlobal idarəetmə məqsədləri üçün yayılmasını  bu gün də  bu qurumlardan gözləntiləri doğrultmadan fəaliyyətlərinə  davam edirlər.

Artificial Intelligence's Role in Healthcare; Work Smarter, not ...

Yeri gəlmişkən və həm də məlumat üçün onu da qeyd etmək yerinə düşər ki, bu günə kimi internet reallıqlarının və yüksək texnologiyaların inkişafına qədər bəşəriyyətin əldə etdikləri texniki-tərəqinin keçdiyi iikişaf yolu və onun xronologiyasının təsnifatına  diqqət etsək görərik ki, bu sahə doğrudan da  inanılmaz inqilabı bir möhtəşəm tərəqqi yolu keçmişdir.Belə ki, sözügedən bu texniki tərəqqi,  insanlığın tarixində sivilizasiyalar arası keçidə, o cümlədən, texnoloji və çox vektorlu transformasiyalarla müşayiət olunmuş  və öz təşəkkülünü ilkin olaraq bildiyimiz kimi, tonqallardan – göyərçinlərə, göyərçinlərdən – çapar və qasidlərə, çapar və qasidlərdən ilk poçtun yaranmasına və nəhayət daha sonra telefon, teleqraf, teleks, vəs. olmaqla bu günkü internet erasına transformasiya edərək yeni rəqəmsal virtual dünyaya qədəm qoymuşdur.

Rəqəmsal transformasiya da öz- özlüyündə  bu günün aktual reallığı olmaqla bərabər, bəşəriyyətin üzləşdiyi və yuxarıda qeyd etdiyimiz kimi,  baş sındırdığı   ən  həyati zəruri  mövzulardan biridir ki, bunun da son məhsulu olan rəqəmsal şəbəkələr və onların üzərində qurulan informasiyalı cəmiyyət, sosial media və onun yaratdığı XXl əsrin homosapiensi- “smartman”- larıdı (ağıllı insanları).Bu ağıllı insanlar- smartmanlar, şərti adlandırdığımız  infokratiyanın əsas oyunçuları olub, virtual internet məkanında, onun fərqli və mahiyətcə özəl  təyinatlı sosial media şəbəkələrində fəaliyyət göstərənləri, əsas istifadəçiləri və yaradıcılarıdır.Biz əvvəlki araşdırmalarımızda rəqəmsal mühüt, virtual məkan, internetin yaratdığı virtual reallıqlar, o cümlədən, informasia cəmiyyəti və onun şərtləndirdiyi yeni ictimai- iqtisadi formasiyanın təzahür etməsilə infokratiyanı və onun əsaslarının  meydana çıxmasının və smartmanlığın ətraflı araşdırmasını aparmış və geniş təhlillərini də vermişik.(müəllif: ətraflı bax,  facebook səhifəsi və orada yerləşdirilmiş müxtəlif  kiv- lərdə gedən aidiyyatı məqalələr)

Burada,bu elmi publisist izahlı- təhlilli yazılarda vurğuladığımız kimi həm, şərti olaraq infokratiya  adlandırdığımız informasiyalı cəmiyyətin əsas  xarakterık amilləri, onu şərtləndirən yönləri  ətraflı  şərh edilmiş, həm də onun gələcək təhlükə, problem və prespektivləri izahlı olaraq  araşdırılaraq geniş oxucular üçün ətraflı  təhlil edilmişdir.

Beləliklə, bəşəriyyətin həyatında texniki-tərəqqinin təşəkkül tapdığı ilk başlanğıcda,onun abstrakt fantaziyaları olan fərdi təxəyyül  məhsulları internetdə və virtual məkanda reallıqlara çevrilmiş və onların dinamikası,daha da artaraq bu gün də inamla inkişaf etdirilməkdədir.Nəhayət bəşəriyyətin həyatında bir ilk olaraq,altını cızaraq qeyd etdiyimiz yeni sivilizasiyaya- informasiya cəmiyyətinə və ya informasiyalı cəmiyyətə,həmçinin şərti infokratiya adlandırdığımız yeni ictimai- iqtisadi formasiyaya keçid də təmin edilmişdir.

Beləliklə, qədəm qoyduğumuz bu yeni informasiya cəmiyyətinin təməllərinə söykənən yaşadığımız hal-hazırki sivilizasiya özündən bir sonrakı qeyri- müəyyən sivilizasiyaya necə  keçid edəcək və bu proseslər hansı texnoloji türbülanslarla və təbii şoklarla müşayiət olunacaq, o cümlədən, bu proseslər  hansı müstəvidə, hansı yönlərdə və necə baş verəcək kimi haqlı sancılı sualları ortaya çıxartmışdır.Bu kimi aktual suallar,bütövlükdə bəşəriyyəti gözləyən bir sonrakı qeyri-müəyyən sivilizasiyanın gələcəyini büsbütün müəmma dolu şübhələr altına qoyur və nəhayət,insanlığın virtual məkanda sivil sosiallaşma və yaşam varlığını hər vəclə təhdit etməkdə davam edir.

How to Keep Your CPA Firm Protected from a Cyberattack - Cetrom ...

Onun üçün də araşdırmalarımızda aidiyyatı üzrə toxunduğumuz mövzu,gələcəkyönlü olub,hətta,bu sahənin çox təcrübəli peşəkarlarını belə narahat edən və düşündürən aktual sualların nədən ibarət olduğunu açıq-aydın ortaya qoymuşdur və əsas tezisləri də aşağıdakılardı:

⁃ ümumiyyətlə, internetin gələcək alternativi varmı,varsa,necə bu təsəvvür  edilir?

 ⁃ hal-hazırda,internet resurslarının dayanıqlığı nə qədər sığortalanıb və bütövlükdə bu sahə fors- majorlara, bəşəri kataklizmlərə, təbii şok və hiper təlatümlərə, o cümlədən, texnoloji türbülanslara nə qədər hazırdı ?

Bütün bu kimi aktual suallar yığcam şəkildə özətlənərək aşağıdakı qaydada təsnifatlaşdırılıb sadələşdirilə bilər.Belə ki,

–  infokratiya cəmiyyətinin yeni transformasiyası baş tutacaqmı və eyni zamanda,dolayısı ilə başqa  bir sivilizasiyaya keçid ala biləcəkmi ?

⁃ bütövlükdə internetin gətirdiyi çağdaş  texniki – tərəqqinin və verdiyi yeni hüdudsuz imkanların, o cümlədən   kağızsız texnologiyalara keçidin özü və büsbütün elektron arxivlərin yox olma ehtimalı, həmçinin bu yöndə  qorxu və təhditlər movcuddurmu və sonda bu resursların varlığı  necə qorunub saxlanılacaq ?

⁃ bəşəriyyətin davamlılığı, o cümlədən insanlıq və elektron yaddaşlarının tarixinin silinib izsiz-soraqsız yox olmasını sual altına alırmı?

o cümlədən,  bütövlükdə yaşadığımız sivilizasiyanın son nailiyyətləri olan innovativ texnoloji məhsullarının  məhvi ilə  müşayət olunacaq yeni  “big-bank”- ların ( böyük partlayışlar ) astanasında bəşəriyyəti nə kimi yeni təhlükəli kataklizmlər və situasiyalar gözləyir?

Qeyd:

Apardığımız araşdırma və təhlillər, aşağıda istinad etdiyimiz  bilik, təcrübə, düşüncə və təfəkkür  yönlərinə söykənərək edilmiş və internetin, o cümlədən onun virtual dünyasının, sahə üzrə gzit – güclü, zəif, imkanlar və təhtidlər ( “swod” ) üzrə analizi əsasında aparılmışdır.

Eyni zamanda, yuxırıda geniş şərh və təhlil olunmuş vəziyətdən ümumi çıxış yollarının  tapılması çalışmalarına,  yeni sivilizasiyaya mümkün keçid üçün alternativ smart innovativ texnoloji həll və alətlərin,mücərrəd  alqoritmləlrə hesablanmış suni intellektlərin, kiber təfəkkür yön və tərzlərin(smartmanlıq), o cümlədən “ kollektiv zəka” , (“ think- tank” ) intellektual analitik təhlillərin əsasında yanaşılmışdır….

 

Aktualinfo.org

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password