Qara dənizdə kəşf edilən qaz yatağının iqtisadi dəyəri açıqlandı

 

Türkiyənin Qara dənizdə bu günlərdə kəşf edilmiş təbii qaz yatağının potensial iqtisadi dəyəri bugünkü qiymətlərlə 80 milyard ABŞ dolları səviyyəsindədir.

, Bu barədə Beynəlxalq Enerji Agentliyinin (İEA) rəhbəri Fatih Birol bildirib.

O, həmin yataqda kəşf edilən 320 milyard kubmetr həcmində qazın hasilatına başlamaq üçün 6 milyard ABŞ dolları sərmayə yatırmağın zəruriliyini, nəticədə illik 10-15 milyard kubmetr hasilat səviyyəsinin əldə edilə biləcəyini dilə gətirib: “Bu da Türkiyənin təbii qaz istehlakının üçdə birini təmin edən rəqəmdir”.

Yeni Sakarya Qaz Sahəsinin nəhəng yataqlar qrupuna aid olduğunu qeyd edən F.Birol bu kəşfin 2010-cu ildə Norveç tərəfindən Şimal dənizində aşkar olunan qaz yataqlarının cəmi qədər əhəmiyyətə malik olduğunu bildirib: “Türkiyənin 2023-cü ildə hasilata başlamaq hədəfi olduqca iddialı olsa da, imkansız deyil. Bənzər yataqlara baxanda 2-3 il ərzində bitirildiyini deyə bilərik. Lakin Türkiyənin buradakı öncül məqsədlərini dəqiq müəyyənləşdirməsi, bürokratik prosedurları mümkün qədər tezləşdirərək iqtisadi məsələləri rəhbər tutması təqdirində 3 il ərzində hasilata başlamaq mümkündür”.

Bu il dünya boyu neft və qaz sərmayələrinin ötən ilə nisbətən 50 faizədək azalmasını gözlədiklərini qeyd edən ekspertin fikrincə, bu baxımdan Türkiyənin yeni yatağın istismarına başlaması üçün son dərəcə əlverişli məqam olduğunu, yəni həm öz gücü ilə, həm də əcnəbi şirkətlərlə sərfəli şərtlərlə anlaşaraq bu işi görə biləcəklərini diqqətə çatdırıb.

Bununla yanaşı, İEA rəhbəri açıq dənizdə neft və qaz hasilatının gələcəkdə dəniz səthində külək enerjisinin tətbiq edilməsi üçün də təməl rolunu oynayacağını vurğulayıb: “Danimarka və Norveç açıq dəniz qaz texnologiyaları ilə bu işə başlamışdılar və indi də dəniz səthi enerjisi sahəsində dünyanın öndə gedən ölkələridirlər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password