Ərdoğandan gözlənilən açıqlama gəldi: “Qara dənizdə ən böyük təbii qaz yatağını kəşf etdik”

Türkiyə Qara dənizdə tarixində ən böyük təbii qaz yatağını kəşf edib.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə “Tuna-1” zonasında 320 milyard kubmetr həcmində ən böyük təbii qaz yatağını tapıb.

Qeyd edib ki, enerji təkcə inkişafın əsas amili deyil, həm də milli müstəqilliyin təmin olunmasında mühüm rol oynayır.

“Məqsədimiz Qara dəniz qazını 2023-cü ilə qədər insanların istifadəsinə verməkdir. Türkiyə ölkədəki enerji problemini kökündən həll etməyə hazırdır” deyib.

“Ümid edirəm ki, Qara dənizdən aldığımız müjdəli xəbəri Aralıq dənizindən də görəcəyik”. “İndiyə qədər “Fatih” və “Yavuz” qazma gəmilərimizlə Aralıq dənizi və Qara dənizdə 9 dərin dəniz qazma işləri aparıldı. 9-cu – son qazma işində millətimizə xoş xəbəri verə bildik. Sakarya qaz yatağı ilə Bismillah dedik. Allahın izni ilə bunu davam etdirəcəyik. Ölkəmizin enerji məsələsini köklü şəkildə həll etmək əzmindəyik. Yunanıstan və ona dəstək verən ölkələr bizi haqq işimizdən döndərə bilməyəcəklər. Biz həmişə qaz və neft kəşfini icarəyə gətirdiyimiz şirkətlərlə etdik. Amma onlar bizə hesabatdan başqa heç nə vermədilər. Bəlkə də yaxşı axtarıblar, haqlarına girmək istəmirəm. Amma biz 2017-ci ildə özümüz bu işi başlatdıq. 3 qazma və 2 seysmik gəmimiz bu işə cəlb olundu. Heç kimin haqqına göz dikmədən, amma heç kimə haqqımızı vermədən hədəflərimizə doğru irəliləməyə davam edəcəyik. Sakarya qaz yatağıın kəşfindən sonra qarşımızda daha parlaq bir yolumuz var. Biz gələcək nəsillərə önəmli bir miras qoyacağıq. ”,- R.T.Ərdoğan qeyd edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password