Lukaşenko müxalifəti dövlət çevrilişinə cəhddə ittiham etdi

 

Belarus Prezidenti Aleksandr Lukaşenko müxalifəti dövlət çevrilişinə cəhddə ittiham edib.

Belarus KİV-nin yaydığı məlumatlarda bildirilir ki, o, bu bəyanatla Təhlükəsizlik Şurasının iclasında çıxış edib.

A. Lukaşenko bildirib ki, müxalifət hakimiyyəti ələ keçirmək üçün Koordinasiya Şurası yaratmağa qərar verib.  Onun sözlərinə görə, yeni element – hakimiyyətin, xüsusən də güc  strukturlarının başının altına yastıq qoymaq cəhdidir: ““Biz sülhsevərik, yaxşıyıq, başa düşürsünüz, biz artıq qarşıdurma istəmirik”. Bu həm belədir, həm də belə deyil. Bu, şirmadır. Müxalifət bizi başqa tərəfə itələyir. Özü də nə az, nə çox – hakimiyyəti onlara verməyimizi istəyir. Deməli, biz bunu birmənalı qiymətləndiririk: bu, hakimiyyəti ələ keçirmək cəhdidir”.

A. Lukaşenko deyib ki, hakimiyyət Konstitusiya və qanunlara uyğun olaraq bütün adekvat tədbirləri görəcək. “Mən həmin Şuraya daxil olanları xəbərdar etmək istəyirəm ki, biz adekvat tədbirlər görəcəyik. Ancaq yalnız Konstitusiya və qanunlar çərçivəsində. Bəzi isti başları sərinləmək üçün bu tədbirlər kifayət qədərdir”, – deyə Prezident xəbərdarlıq edib.

Dövlət başçısı müxalifət Şurasının tərkibinə də münasibət bildirib: “Onlar deyilən kimi, keçmiş “hiyləgərlərdən” ibarətdirlər. Vaxtilə hakimiyyətdə olmuş, incimiş şəxslər və açıq-aşkar nasistlər də var. Bu siyahıya baxın”.

Qeyd edək ki, prezidentliyə namizəd olmuş Svetlana Tixanovskaya hakimiyyətin ötürülməsinin təmin olunması üçün Koordinasiya Şurasının yaradılması təşəbbüsü ilə çıxış edib. O, dialoqa hazır olduğunu da bildirib.

Onu da xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib. Belarus Prezidentinin əsas rəqibi S. Tixanovskayanın isə 10% səs topladığı açıqlanıb.

Seçkilərdən sonra nəticələrə etiraz olaraq nümayişlər keçirilir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password