Payızda bizi daha ağır COVİD gözləyir? – Professor

“Əgər karantin qaydalarına riayət olunmasa, ayrı-ayrı ölkələrdə karantinin uzanacağını düşünürəm”.
Bunu  açıqlamasında professor Adil Qeybulla Pasteur adına Sankt-Peterburq Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Areq Totolinin “payızda COVID-19-un daha ciddi axını ilə üzləşə bilərik” fikirini şərh edərkən deyib. Professor qeyd edib ki, indidən belə açıqlamalar vermək doğru deyil:
“Bunu bəri başdan demək olmaz. Mən düşünmürəm ki, bu virus 2021-ci ilə keçsin. Əgər karantin qaydalarına riayət olunmasa, ayrı-ayrı ölkələrdə karantinin uzanacağını düşünürəm. Elə Azərbaycanın özündə də karantin uzana bilər. İlk növbədə təlimatlar hazırlanmalıdır. Payızla bağlı ortada heç bir təlimat yoxdur. Mən bununla bağlı heç bir yerdə hər hansı məlumat oxumamışam”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password