Qarabağa növbəti erməni köçü: sayı 300 minə çatdırmaq üçün…

Beyrutdaki partlayışdan sonra açınacaqlı şəraitdə yaşayan Livan ermənilərinin vəziyyəti bir qədər də ağırlaşıb. Belə ki, ermənilərin sıx məskunlaşdığı Hacin, Mar Mixail və Bed Xəlil rayonları partlayışın baş verdiyi əraziyə kifayət qədər yaxın məsafədə yerləşir.

Bunu İranda dərc edilən “Araks” nəşrinin redaktoru, analitik Movses Keşinyan deyib. Onun sözlərinə görə, son vaxtlar Livan ermənilərinin iqtisadi vəziyyəti o dərəcə pisləşib ki, onların bir qismi yaşamağa və qidalanmağa çətinlik çəkirlər.

Keşinyan hesab edir ki, İrəvan hökuməti ilk növbədə məhz bu cür livanlıları Ermənistana qaytarmalıdır.

“ABŞ, Kanada və digər ölkələr Livandan mühacirlərinə qapılarını açana qədər Ermənistan hərəkətə keçməlidir. Fürsətdən istifadə etməliyik, çünki bizim üçün bu, həm demoqrafik, həm də döyüş gücümüzü artırmaq üçün yaxşı bir imkandır. Yəni onların vasitəsilə erməni əsgərlərinin sayını artıra bilərik. Biz məsələyə bu yöndən baxmalıyıq”, – Keşinyan bildirib.

Qeyd edək ki, bir müddət öncə Türkiyə-Azərbaycan Dostluq Cəmiyyəti rəhbərinin müavini Sərdar Ünsal “Yaşıl İğdır” qəzetinə verdiyi müsahibədə bəzi Livan ermənilərinin artıq işğal altındakı Qarabağa göndərildiyini söyləyib.

“Beyrutdakı partlayışdan sonra ermənilərin böyük zərər gördüyünü iddia edən Livan Ermənistan İnqilabi Federasiyasının “Daşnaktsütyun” gənclər təşkilatı orada yaşayan erməniləri Qarabağa yerləşdirməyə hazırlaşır. Buna tez bir zamanda müdaxilə edilməlidir. Partlayışdan bəhanə kimi istifadə edərək Qarabağda kütləvi şəkildə yerləşməyi planlaşdırırlar. Onların məqsədi Qarabağda yaşayan ermənilərin sayını 300-500 minə çatdırmaqdır. Suriya, Livan və digər ölkələrdən olan ermənilər Dağlıq Qarabağ və ətraf ərazilərdə yerləşdirilirlər”, – Sərdar Ünsal qeyd edib.

Qeyd edək ki, hazırda rəsmi rəqəmlərdə 140 minə yaxın göstərilsə də, faktiki olaraq bütün Qarabağ ərazisində 60 min civarında erməni yaşayır.(axar.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password