Ağcabədidə bütün işlər bir nəfərə məxsus üç MMC ilə görülür – Heç kim də tanımır

 

Rafil Hüseynovun Ağcabədi rayon İcra Hakimiyyətinə başçı təyin edilməsindən artıq doqquz ay keçir.Qalmaqallı İcra başçıs Şahin Məmmədov bu rayondan gedən sonra dövrü mətbuatda Ağcabədi ilə bağlı olan çoxsaylı şikayətlərin sayı da azalıb.Təbii ki.bu da bütün rayonlara yeni təyin olunan İcra başçıları tərəfindən köhnə rəhbərdən narazı sakinlərin  könlünü almaq üçün düşünülmüş bir siyasi gedişdir. Amma bir müddət keçdikdən sonra Rafil Hüseynovdan nə kimi şikayətlər olacaq,zaman göstərəcək.Bununla belə ümid edək ki,Rafil Hüseynov görəcəyi işlərlə və uzunmüddətli idarəetmə təcrübəsi ilə rayon sakinlərinin rəğbətini qazana biləcək.

Regionların sosial iqtisadi inkişafı dövlət proqramı çərçivəsində,bütün rayonlarda olduğu kimi Ağcabədi rayonunda da bir çox mühüm işlər görülüb,infrastruktur layihələri həyata keçirilib.Ağcabədi şəhərində küçə və yolların, meydanların asfaltlaşdırılması, yaşıllıqların salınması, işıqlandırma sisteminin yeniden qurulması, təmizlik işlərinin aparılması sahəsində əvvəlki illərdə bir çox işlər görülüb. Ötən ilin məlumatlarına görə bu məqsədlərlə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhəri üzrə İcra Nümayəndəliyi tərəfindən bütövlükdə  şəhərin prospekt və küçələrinin abadlaşdırılması işinə 377 min 528 manat vəsait xərclənib.Bəs bu gün Ağcabədi şəhərində nə kimi işlər görülür,nələr planlaşdırılır?

Aktualinfo.org-un dövlət satınalmalarının vahid elektron portalından əldə etdiyi məlumatlara görə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhəri üzrə İcra Nümayəndəliyi abadlıq işlərinin satın alınması üzrə tender elan edib.Tenderin qalibi “RCİ-İNKİŞAF 2014” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və 30.07.2020-ci il tarixdə tərəflər arasında 467 759.91 manat dəyərində satınalma müqaviləsi bağlanıb.Nümayəndəliyin beş yüz min manat civarında müqavilə bağladığı bu MMC ətrafında apardığımız araşdırmalara diqqət yetirək.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “RCİ-İNKİŞAF 2014” MMC-nin 8 saylı Ərazi Vergilər İdarəsində 28.04.2014-cü ildə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Ağcabədi şəhəri,Heydər Əliyev pr. qanuni təmsilçisinin isə Camalxanov Rövşən İbrahim oğlunun olduğu göstərilir.

Bəs Rövşən Camalxanov kimdir və Ağcabədidə daha nə kimi işlər görüb? Qeyd edək ki, onun qanuni təmsilçisi olduğu “ELÇİN-TTQİ” MMC və “QARABAĞ İNŞAAT-2016” MMC  27.03.2019-cu il tarixdən 29.04.2019-cu il tarixə qədər, yəni bir ay ərzində Ağcabədi rayon İcra Hakimiyyəti tərəfindən elan edilmiş müxtəlif növ satınalmalarda 8 tenderin qalibi olub və ümumilikdə 240 875 manat dəyətində dövlət sifarişı alıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ELÇİN-TTQİ” MMC-nin 8 saylı Ərazi Vergilər İdarəsində 18.02.2016-cı ildə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Ağcabədi şəhəri,Heydər Əliyev pr. qanuni təmsilçisinin isə Camalxanov Rövşən İbrahim oğlunun olduğu göstərilir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “QARABAĞ İNŞAAT-2016”  MMC-nin 8 saylı Ərazi Vergilər İdarəsində 04.04.2016-cı ildə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Ağcabədi ryonu Avşar kəndi, qanuni təmsilçisinin isə Camalxanov Rövşən İbrahim oğlunun olduğu göstərilir.

Maraqlı suallar da buradan yaranır.Rayonda nə üçün bütün satınalmalar ancaq bir nəfərə verilir?Bir nəfərin adına yaradılmış ayrı-ayrı MMC-lərin müxtəlif satınalmalarda iştirakı nə dərəcədə qanunauyğun bir haldır? Bu inhisarçılıq deyilmi?Bu kimi suallara aaydınlıq gətirmək məqsədi ilə əlaqə saxladığımız Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhəri üzrə İcra Nümayəndəsi Vüsal Mehdiyev bildirdi ki, xəbərim yoxdu,mühasıb bilir o işləri. Elanda əlaqələndirici şəxs kimi öz telefonunu qoyan Vüsal Mehdiyevin rəhbəri olduğu şəhər İcra Nümayəndəliyinin keçirdiyi tenderdən xəbərsiz olması çox maraqlıdır deyilmi?Bəs görəsən Vüsal Mehdiyev rayonun Ağabəyli kəndi, Ağcabədi-Ağdam yolunun sağ tərəfində yerləşən.adına olan 100 kvadratmetrlik mağazasının hesablarından necə, xəbərsizdirmi?

Nümayəndəliyin bizimlə əlaqə saxlayan mühasibi də bir nəfərin adına üç şirkətin olmasından xəbərsiz olduğunu bildirdi.MMC-lərin nə kimi maddi-texniki bazası olması barədə sualımıza isə mühasıb qeyd etdi ki, nəyi var,nəyi yox bilmirəm,amma daim onlarla iş görürük,işimizi vaxtında və keyfəyyitlə təhvil verir- deməklə kifayətləndi.

Ağcabədini ələ almış bu inhisarçı MMC-lərin kimə məxsus olması çox maraqlıdır.Ağcabədi rayon İcra hakimiyyətinin yeni başçısı Rafil Hüseynovun da bu məsələyə münasıbəti bizim üçün maraqlı olardı.

 

Aktualinfo.org

 

 

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password