Deputat: “Maliyyə Nazirliyi zəmanət verəndə tələbləri sərtləşdirməlidir”

“Prezidentin söylədikləri haqlı iraddır. Söhbət tək AZAL-dan getmir. Düzdür, AZAL-la bağlı narazılıq, problem çoxdur. Amma ümumən dövlət şirkətləri ilə bağlı problemlər var. Bu məsələlərə Milli Məclisdə mütəmadi toxunmuşam”.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov səsləndirib. O bildirib ki, dövlət şirkətləri dövlətin zəmanəti və vəsaiti hesabına işlərini qururlar, amma sonra həmin investisiya hər hansı formada büdcəyə qayıtmır:

“Onlar kreditlər götürür və həmin kreditlərə avadanlıqlar, müəyyən nələrsə alırlar və istifadə edirlər.  Amma o avadanlıqların alınması dövlətin zəmanəti hesabına olur, çünki krediti götürə bilməsi üçün zəmanəti dövlət verir. Xərclənmə zamanı necə xərclənir, necə istifadə olunur, pul gəlir, ya gəlmir bu məsələlər artıq açıqdır. Bu səbəbdən də hesab edirəm ki, irad düzgündür. Dünən hardasa 6-7 şirkətin adı çəkilib. Hesab edirəm ki, o şirkətlərə nəzarət gücləndirilməlidir. Digər tərəfdən Maliyyə Nazirliyi kreditlə əlaqədar zəmanət verəndə tələbləri çox sərtləşdirməlidir. Ən vacibi götürülən kreditlər vaxtında qaytarılmalıdır, həm də ondan dövlət büdcəsinə müəyyən qədər gəlirlər gəlməlidir. Dövlət başçısı çıxışı zamanı yoxlamaların olacağını və bu məsələlərə yenidən baxılacağını bildirib. Biz istər qəbulunda, istərsə də icrasında dövlət büdcəsini müzakirə edəndə bu məsələlərə mütəmadi toxunuruq. Çünki dövlətin zəmanətini alan kreditlər vaxtında qaytarılmayanda bu dövlət borcunun artmasına və əlavə cərimələrin tətbiq edilməsinə səbəb olur. Əgər vəsaiti almısansa, o vəsaitləri istifadə edirsənsə, ordan dövlət büdcəsində əlavə gəlirlər gəlməlidir. Biri var sənə qanuna uyğun olaraq verilir, biri də var sənə əlavə vəsait verilir ki, avadanlıq, təyyarə  və s. alasan. Ondan istifadə edirsənsə, deməli, səndən gələn gəlir artmalıdır. Yəni, dövlət hesabına kredit götürülüb, təyyarə alınıb, amma gəlir yoxdur. Bax, bunu səbəbi araşdırılmalıdır ”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password