“Təkliflər paketi də təqdim etmişdik, lakin…” – Professordan SƏRT AÇIQLAMA

Azərbaycanda 13 rayon və şəhərdə tədbiq edilən sərt karantin rejimi avqustun 31-nə kimi uzadılıb. Avqustun 5-dən SMS icazə ləğv edildi və çimərliklər açıldı. Amma bu yumşalma bir çoxların narazılığına səbəb oldu. Milli Məclisin deputatları da iri ticarət mərkəzlərinin və digər iaşə obyektlərin açılmasını, karantin qaydalarına nəzarətin sərtləşdirilməsini təklif edir. Qeyd edək ki, avqustun 4-də 226 nəfər koronavirusa yoluxub, 588 nəfər sağalaraq evə buraxılıb. Yoluxma azalma dinamikası ilə davam edərsə, sərt karantin rejimi vaxtından əvvəl yekunlaşa bilərmi?

Bununla bağlı açıqlama verən professor Adil Qeybulla bildirdi ki, bu gün ən mühüm məsələ karantin davranışlardır:

“Sosial məsafənin gözlənilməsi, maskanın taxılması, əllərin tez-tez dezenfeksiya olunması virusun bir nəfərdən digərinə keçməsinin qarşısını alan ən effektiv üsullardan biridir. Ona görə də, bu qaydalara daha çox diqqət edilməlidir. “Evdə qal” karantini o zaman təsirli olur ki, əhalinin az qismi yoluxur və xəstəlik yenidən başlamır. Əgər xəstəlik geniş yayılıbsa, “Evdə qal” karantin təsirsiz olur. Bu baxımdan hesab edirəm ki, karantin rejimini bu formada 5 ay uzatmaq düzgün addım deyil. Sərt karantin rejimi yumşaldılmalı, sosial həyat öz işinə başlamalı idi.

Bununla bağlı biz həkimlər bir yerə yığılıb təkliflər paketi təqdim etmişik. Təkliflər paketindəki bütün məsələlər araşdıldıqdan sonra hazırlanıb. Amma təəssüf ki, Operativ Qərargah öz ağlı ilə hərəkət edib, heç bir təkliflərə əhəmiyyət vermədi. Bununla da məncə növbəti yalnışlığa yol verdi. Çimərliyi açıblar. Amma çimərlikdən istifadə haqqında təlimat ortada yoxdur. O təlimatlar mətbuatda dərc edilməli idi. Həftə sonu ictimai nəqliyyat qadağandırsa, kasıb insan çimərliyə necə gedəcək? Mən hesab edirəm ki, karantin qaydalarına nəzarət sərtləşdirilməli, lakin karantin rejimi yumşaldılmalıdır.

Biz “Evdə qal” karantininin əleyhinəyik. Rayonlara gediş-gəlişin bərpasının, iş yerlərinin açılmasının tərfdarıyıq. Lakin bunun qarşılığında da insanlarımız qoyulan qaydalara əməl etməlidir”.(konkret.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password