Beyrutda fövqəladə vəziyyət elan olundu – 3 mindən çox insan…

Livanın paytaxtı Beyrutda ötən gün meydana gələn dəhşətli partlayışa görə 2 həftəlik fövqəladə vəziyyət elan olunub.

Bu barədə ölkənin Ali Müdafiə Şurası qərar qəbul edib.

Şura paytaxtda orduya təhlükəsizliyin təmin olunmasını tapşırıb. Hüquq-mühafizə orqanları, gömrük, liman və hava limanlarındakı silahlı qüvvələr, silahlı mühafizə birlikləri və xilasedicilərin ordunun tabeliyinə verilməsini qərarlaşdırıb.

Verilən qərarlar sırasında yaralıların xəstəxana xərclərinin qarşılanması üçün xəstəxanalara maliyyə ayrılması, dünyasını dəyişənlərin ailələrinə kompensasiya verilməsi, partlayışda buğda anbarlarının zərər görməsi səbəbilə buğda tədarükü edilməsi, idxal və ixrac fəaliyyətlərinin davamlılığı üçün Tripoli hava limanının hazır vəziyyətə gətirilməsi, dəyən ziyanın ölçülməsi üçün Livan ordusu ilə əməkdaşlıq çərçivəsində Ali Yardım Komissiyasının yaradılması və bu komissiyanın evləri dağılan ailələrə sığınacaq yaratması, xarici ölkələrdən gələn yardımlar üçün xüsusi fond qurulması yer alıb.

Qeyd edək ki, Ali Müdafiə Şurası daha əvvəl Beyrutu fəlakət bölgəsi elan etmişdi.

Səhiyyə naziri Hamad Həsənin son məlumatına görə, partlayış zamanı azı 78 nəfər ölüb, 4 min insan xəsarət alıb.

Paytaxtda FÖVQƏLADƏ VƏZİYYƏT elan olundu - 3 mindən çox insan...

Beyrutda baş verən partlayışda BMT-nin 48 əməkdaşı xəsarət alıb

Beyrutda partlayış zamanı BMT-nin onlarla əməkdaşı yaralanıb

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password