“Avqustun 5-dən sonra beynəlxalq aviareyslər tam bərpa edilə bilər” – AÇIQLAMA

Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq edilən sərt karantin rejiminə görə beynəlxalq uçuşlar dayandırılıb. Artıq bir neçə ölkə beynəlxalq uçuşları bərpa edib. Azərbaycan da beynəlxalq uçuşları bərpa edilə bilərmi?

Bununla bağlı  danışan deputat Ramil Həsən bildirib ki, karantin rejimin tətbiqində əsas məqsəd insanlarımızın sağlamlığının qorunmasıdır: “Məhz buna görə də uzun müddətdir ki, ona görə beynəlxalq uçuşlar dayandırılıb. Yalnız çarter uçuşlar həyata keçirilir. Bilirsiniz ki, Azərbaycanda karantin rejimi avqustun 31-nə kimi uzadılıb.

14 şəhər və rayonda da avqustun 5-nə kimi xüsusi sərt karantin rejimi tədbiq edilir. Nazirlər Kabineti yanında Operativ Qərargah qərarı ilə müəyyən qaydalara əməl etməklə yəqinki Azərbaycanda beynəlxalq uçuşların bərpası ilə bağlı qərar veriləcək. Artıq həftədə bir neçə dəfə Türkiyəyə uçuşlar bərpa edilib. Çox vacib məsələ ilə bağlı ökə xaricinə çıxmalı olan şəxslərin qoyulan qaydalara əməl etməklə uçuşlar başladılıb. Bilirsiniz ki, demək olar ki, hər gün Bakı-İstanbul uçuşları həyata keçirilir. Mənə elə gəlir ki, çarter reyslərin mövcud olması yeni sistemə alışmağımıza yardımçı olacaq”.

Deputat qeyd edib ki, COVID-19-la bir müddət bir yerdə yaşamağımızı göz önünə alaraq insanlar koronavirusla mübarizə çərçivəsində yeni qaydalara alışmalı və özünün yaşam indeksini müəyyənləşdirməlidir: “İnsanların müəyyən uçuşları həyata keçirilməsi üçün gələcəkdə müəyyən qaydalar tətbiq edilməklə uçuşlar təşkil edilə bilər. 5 avqustda sərt karantin rejimi bitir. Operativ Qərargah mövcud vəziyyəti nəzərə alaraq karantin rejiminin uzadılıb-uzadılmaması ilə bağlı yeni qərar verəcək.

Düşünürəm ki, bu, xarici uçuşlara da təsir edəcək. Məncə bütün karantin rejiminin qaydalarına əməl etmək şərti ilə bağlı olan bir çox müəssisələrin açılması və beynəlxalq uçuşların bərpası ilə müəyyən addımlar atıla bilər. Biz də bu məsələ ilə bağlı yeni mərhələyə keçmiş olarıq. Unutmayaq ki, koronavirusun peyvəndi hələ ki, tapılmayıb. Peyvənd tapılsa belə onun hazırlanması və insanlara çatdırılması müəyyən zaman alacaq. Real vəziyyəti nəzərə alaraq koronavirusla yaşamağı öyrənməliyik. Qaydalara əməl edərək həm özümüzü, həm də yaxınlarımızı qorumalıyıq. Biz qaydalara əməl edərsək, normal həyatımıza da tez qayıtmış olarıq”.(konkret.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password