Paşinyanın anti-rus mövqeyi Moskvada çoxdan bəllidir – Rasim Musabəyov

Paşinyan nala da vurur, mıxa da, həm Rusiyanın ətəyini buraxmağa qorxur, eyni zamanda da anlayır ki, Rusiyanın ətəyini buraxmadığı təqdirdə ona qərbdən heç bir dəstək gəlməyəcək.

Bunu  açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, Paşinyan hər dəfə səfərlərində Qərbin Gürcütsana, Ukraynaya, Moldovaya kömək etməsini ön plana çəkərək, Ermənistana yardımların artırılmasını istəyir. Ancaq Paşinyanın bu cəhdlərinə baxmayaraq Qərb Ermənistana yardımlarını artırmayacaq, çünki orada kifayət qədər ağıllı insanlar var:

“Paşinyanın anti-rus mövqeyi Moskvada çoxdan bəllidir, Putin və onun ətrafı üçün Paşinyan yad ünsürdür. Paşinyanın müraciətlərinə, yaltaqlanmalarına baxmayaraq ona etibar etmirlər. Ancaq indi bir reallıq da budur ki, Ermənistanı əllərindən də buraxmaq istəmirlər. Nəzərə alsaq ki, Ermənistan iqtisadiyyatı, ordunun yüksək rütbəli zabitləri Rusiya ilə sıx bağlıdılar, ona görə də demək olmaz ki, onlar Paşinyanın, yoxsa Rusiyanın əmrlərini yerinə yetirməyə hazırdırlar”.

R.Musabəyov bildirib ki, Ermənistanın xarici siyasətinə gəldikdə, Paşinyan fantaziyalarla yaşayır. Hazırda Ermənistanın Xarici işlər naziri və Müdafiə naziri əvvəlki elitadan Paşinyana miras qalıb və Paşinyan onlara etibar etmir:

“Paşinyan hazırda onları hakimiyyətdən uzaqlaşdırmağa da qorxur, çünki bunun müqabilində Rusiyadan ciddi təziq görə bilər. Paşinyan xarici siyasətdə çalışır ki, ikitərəfli oyun oynasın, amma bu onda alınmır, çünki seçim etmək iqtidarında deyil”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password