İnformasiya təhlükəsizlyi və kibercinayətkarlıq bu ğün internet seqmentində fəaliyyət göstərən  bütün oyunçular üçün ən təhlükəli elementləridir – Ekspert

 

Yüksək inkişafın və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyamızda hər bir kəsin obyektiv və qərəzsiz informasiya almaq imkanının olması artıq obyektiv zərurətə çevrilib.Müasir dövrümüzdə informasiyanın strateji əhəmiyyətinə görə insan və cəmiyyət həyatında əsas aparıcı mövqeyə çevrilməsi ilk növbədə XX əsrin ortalarında, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə start götürmüş,bu günümüzə bütün dünyanı əhatə edən qlobal bir sistem olaraq gəlib çıxmışdır.Xüsusən də elektron kütləvi informasiya vasitələrinin,habelə qısa zamanda hiberinformasiya məkanına çevrilmiş internetin kosmik inkişaf tempi informasiyanın təkcə ictimai münasibətlər sistemində deyil,ümumən sosial- iqtisadi həyatın ən müxtəlif sahələrində – biznesdə, beynəlxalq iqtisadi və siyasi əlaqələrdə,elm və təhsildə,qlobal təhlükəsizlik məsələlərində rolunu görünməmiş dərəcədə gücləndirmiş,informasiyalı cəmiyyətə sürətli keçid prosesini təmin etmişdir. Artıq hər birimizin həyatına sirayət etmiş internet dünyasında öz təhlükəsizliyimizi də qorumaq ən aktual məsələlərdən  biridir.

Qlobal internet məkanında öz təhlükəsizliyimizi təmin etmək üçün nələr etməli,hansı biliklərə sahib olmalıyıq?  Aktuallığını nəzərə alaraq İnternet və Yüksək Texnologiyalar üzrə ekspert Əflatun Məmmədovla mövzu ətrafında fikir mübadiləsi apardıq.

Əflatun Məmmədovun sözlərinə görə,informasiyanın qorunması,informasiya təhlükəsizlyi və kibercinayətkarlıq bu ğün yeni çağımızın İnternet seqmentində fəaliyyət göstərən bütün oyunçular üçün ən təhlükəli elementləridi.Dünya təcrübəsi də onu göstərir ki,bu sahə dərindən öyrənilməli və dövlətin aidiyyatı qurumları tərəfindən qanuni olaraq adekvat tədbirlər görülməli və həmçinin xüsusi proqram vasitələri ilə kontur – zərərsizləşdirmə və tənzimləmə addımları atılmalıdır. Eyni zamanda,qanunvericilik baxımından qəbul olunan normativ hüquqi sənədlərin və qərarların icra mexanizmləri də real situasiyalara uyğun adekvat olmalıdır.

Baxaq görək bu istqamətdə istər dövlət aidiyyatı qurumları, istərsə də qeyri hökümət təşkilatları, ictimai birliklər və o cümlədən özəl operatorlar tərəfindən nə kimi addımlar atılmışdır?

Bildiyimiz kimi informasiya cəmiyyətinin qurulmasında və geniş təşəkkül tapmasında, ölkəmizə interneti gətirən həm İnternet Operatorları və İnternet xidmətləri göstərən provayderlərin, həm də sosial şəbəkə strukturlarının fəaliyyətləri sanki aysberqin görünməyən hissəsində məsuliyyətdən yayınmış kimi görünürlər.Heç kimə sirr deyil ki,bu gün beynəlxalq internet şəbəkəsi,onun üst qurum təşkilatları,infrastruktur qolları, resursları və həmçinin onun birbaşa məsuliyyət daşıyan yerli fokal təmsilçilırinin rolu və daşıdıqları məsuliyyət də bir qədər loyal və qeyri müəyyən olub, yetərli qədər aydın görünmür. Belə bir vəziyyətdə, gündəlik həyatımızda internet istifadəçisi kimi həm bizə,həm də internet xidmətləri göstərən Operatorların özlərinə,internetin özü ilə bərabər gətirdiyi müasirliyin və yeniliklərlərin sırasında,həm də yaşatdığı ciddi problemlər və baş ağrıları da az deyil.

Bunlara misal olaraq, saxta ünikal istifadəçi kodları və domen adlarının verilməsi və qeydiyyatında cybersquatting fəaliyyətləri*, saxta sosial şəbəkə hesabları və feyk akauntlar və s. kimi halları göstərmək olar.
*( cybersquatting fəaliyyətləri- bu fəaliyyət dedikdə,ilk baxışda kimliyi bilinməyən kibercinyətkar möhtəkirlər tərəfindən, kimlərinsə adına,kimlərinsə özündən icazəsiz domen adlarının alınnası və bu ad altında sui – istifadələrə yol vermə, hətta cinayət fəaliyyətləri göstərmə və daha sonra isə alver predmetinə çevirib gizli sövdələşmə yolu ilə fantastik qiymətlərə bu domen adlarını satma əməliyyatı başa düşülür)

Kibertəhlükəsizlik nədir? Kiber hücumlardan necə qorunmaq olar?

Ekspertin fikrincə,ölkə üzrə Qeydiyyatçı ( Registrar ) domen adlarının,o cümlədən coğrafi domen adlarının verilməsində yaşanan problemlər xüsusi hal kimi ayrıca müzakirə mövzusudur.Nəzərə alsaq ki, ölkəmizin 20 faizdən çox ərazisi erməni qəsbkarları tərəfindən işğal olumub, o zaman işğal olunmuş ərazidə hansı dövlətin coğrafi domen adları altında Dağlıq Qarabağda fəaliyyət göstərən İnternet Provayderləri və həmçinin internet seqmentində fəaliyyət göstərən digər oyunçular necə İnternet xidmətləri göstərirlər?

Əflatun Məmmədov qeyd etdi ki,bütün bu kimi suallara aidiyyatı dövlət qurumları tərəfindən aydınlıq gətrilməlidir. Bu narahatedici,problemli suallar bu gün də açıqdır və dünyada gedən informasiya müharibəsi şəraitində kim deyə bilər ki, ölkəmizə qarşı mənfur erməni quvvələri və qurumları öz çirkin işlərini görmür? Bu məsələ həm də, xüsusi xidmət orqanları ilə aidiyyatı dövlət qrumlarının və o cümlədən,ölkəmizdə İnternet domen adlarlnın qeydiyyatını aparan – Registrar səlahiyyətli  (bu səlahiyyəti onlar, beynəlxalq İnternet təşkilatından İCANN- dan alırlar.İCANN- internet adları və kodlarının verilməsi üzrə İnternetin üst qurum təşkilatıdır) özəl təşkilatların daşıdıqları məsuliyyətə aid mövzudur.

İnsanlarda daha aydın təsəvvür yaransın deyə,sadə bir misal ilə deyə bilərəm ki, Xankəndi, Şuşa, Laçın, Kəlbəcər və digər işğal altında olan şəhərlərimizdə İnternet xidmətləri,hansı ölkənin coğrafi domen adları və kodları altında göstərilir? Məlumdur ki, Azərbaycan dövlətinin, ölkə domen kodu – AZ (ccTLD- contry code Top Level Domain), Ermənistan dövlətinin dövlət domen kidu isə isə AR- dır.( yəni Armenia )Əfsuslar olsun ki, hal- hazırda, işğal olunmuş ərazilərimizdə,coğrafi məkanlarımızda domen adlarından ermənilər istifadə edirlər və bu gün də bu sahədə qeyri müəyyənliklər var.Bununla da, bütövlükdə Qarabağda və ona bitişik işğal olunmuş ərazilərimizdə ermənilərin nəzarətində olan şəhər və rayonlarımızda , o cümlədən, bütövlükdə işğal bölgəsində məskunlaşdırılmış erməni sosial şəbəkə və İnternet istifadəçilərinə ccTLD- Ermənistan dövlətinin ölkə domen adı və kodu AR ( Armenia ) altında İnternet xidmətləri göstərildiyi qənaəti hasil olur.

Ayrıca olaraq, bir digər məsələ də dövlətin strateji təbii resurslarından olan milli tezliklərimiz də bütövlükdə,həm, Dağlıq Qarabağ regionunda, həm də Ermənistanla sərhəd boyu bölgələrimizdə bu günə qədər tam kordinasiya olunmamış vəziyyətdə qalır.Hal- hazırda, bu vəziyyət, yaşadığımız informasiya müharibəsi şəraitində ölkəmizin efir məkanına qarşı siyasi təxribatlara səbəb olmaqla yanaşı,bu məkanda arzu olunmayan nəticələrə də gətirib çıxara biləcəyini də bir ekspert,mütəxəssis kimi Əflatun Məmmədov xüsusilə vurğuladı.

Sosial şəbəkələrə gəlincə isə,ekspert hesab edir ki,bu və ya digər şəkldə əldə edilmiş saxta unikal kodlar və adlar altında, həm də feyk akauntlarla sosial şəbəkə operatorlarında qeydiyyatdan keçmiş istifadəçilərin kiber cinayətkarlıq fəaliyyətlərini, o cümlədən siyasi oyunlara cəlb edilməklə trolluq əməlləri də günümüzün ən ağrılı və ən naraharedici poblemlərindən və qaynar mövzularındandır. Bütün bunlara əlavə olaraq bir də qeyd etsək ki, bu açıq və feyk akauntlarla milli – mənəvi dəyərlərimizə və həmçinin milli – mentalitetimizə uyğun olmayan, qeyri – etik söyüş ritorikasını da əlavə etmiş olsaq vəziyyətin bu günə gəlib çıxdığını və nə qədər acınacaqlı, dözülməz bir mənzərə yaratmış olduğunu da təsəvvür etmək çox da çətin olmaz.

Bununla da,hər bir hüquqi və fiziki şəxs,öz məssuliyyətlərini dərk etməli və şəxsi akauntları altında fəaliyyətlərinə və yanaşmalarına diqqət etməli,yanlışlarını korrektə etməli və adi həyatda olduğu kimi nəyi etmək olar-olmazı yaxşı bilməlid.Eyni zamanda, bütün bu hərəkətlərin yaratdığı hüquqi məsuliyyəti anlamalı və qanun qaşısında cavab verilməli olduqlarının da da fərqində olmalıdırlar.

How to Keep Your CPA Firm Protected from a Cyberattack - Cetrom ...

Əflatun Məmmədovun sözlərinə görə,bu istiqamətdə, dövlətin üzərinə düşən vəzifə,xüsusi treyninq proqramları ilə sosial şəbəkə istifadəçiləri arasında geniş təbliğat aparılmalı və onlar, müntəzəm olaraq məlumatlandırılmaqla maarifləndirilməlidirlər. Eyni zamanda, hər bir sosial şəbəkə istifadəçisi, sosial şəbəkələrin verdiyi bu faydalı, həmçinin, geniş imkanlardan sağlam məqsədlər üçün istifadə etməli və sosial şəbəkədən istifadə mədəniyyətinə də yiyələnilməlidir.

Aktualinfo.org oxucularımız üçün faydalı ola biləcəyini nəzərə alıb Əflatun Məmmədovun hal- hazırda fəaliyyət göstərən sosial şəbəkələr haqqında,onların təyinatı, funksionallığı və əsasən mahiyyəti baxımından məlumat xarakterli aşağıdakı izahlı- şərhlər də diqqətinizə çatdırır.

1. Whatsapp- əsasən yazışma və qismən sosial multimedia özəllikli proqramdı. (chat, partly social media( status, profile picture))

2. Instagram- əsasən sosial şəbəkə özəllikli və qismən yazışma proqramıdı.(social networking, partly chat & direct message)

3. Facebook- sosial şəbəkə özəllikli və yazışma proqramdı. (social networking & Facebook Messenger – chat)

4.Telegram- yazışma proqramıdı… (chat)

5.Twitter- əsasən sosial şəbəkə və qismən yazışma proqramıdı.(social networking & partly chat)

6. Odnaklasniki- sosial şəbəkə proqramıdı.

7.LinkedIn –  əsasən biznes təyinatlı proqramdı. (has evolved from a resume and job search platform to a social network for professionals)

8. Pinterest – sosial multimedia proqramıdı….(Over 250 million people use Pinterest each month for inspiration – whether that’s a new hobby or a new look)

9. Youtube- sosial media proqramıdı….

10. Snapchat – əsasən yazışma proqramıdı….(is, at its core, a messaging app.)

11. TikTok – Çində geniş istifadə edilən sosial media proqramıdı….(also known as Douyin in China – is a social media app for creating and sharing short videos)

12. WeChat – Çində istifadə edilən multimedia təyinatlı yazışma proqramıdı…..(has grown from a mobile messaging app into a multi-purpose “super app”. (extensively in China))

13. Sina Weibo – Çində istifadə olunan ən boyük soisial media proqramıdı……(is one of the biggest social media channels in China)

14. Reddit – Sosial multimedia proqramıdı.(aka “the front page of the internet” – is a social news platform where registered users can submit content including links, text posts, and images)

15. Quora –  sosial yazışma proqramıdı.(is a platform for asking and answering questions)

16. QQ – Çində əsasən gənclər arasında geniş yayılmış sosial yazışma proqramıdı. (is an instant messaging platform that is extremely popular among young Chinese)

17. Tumblr – multimediya təyinatlı sosial media proqramıdı.(is a microblogging and social networking site for sharing text, photos, links, videos, audios, and more (mostly for teenager girls))

18. Viber – əsasən sosial yazışma proramıdı….(is quite similar to major social messaging apps such as WhatsApp and Messenger)

19. Line –  multimedia təyinatlı sosial media və qismən yazışma proqramıdı…..
(is a multi-purpose social messaging app that allows users to message, share stickers, play games, make payments, request for taxis, and shop online – popular in Asia)…

 

Aktualinfo.org   

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password