Pilot Rəşad Atakişiyevin həlak olmasından bir il keçdi
Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin “MİQ-29 “təyyarəsinin qəzaya uğrması nəticəsində həlak olmuş pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin il mərasimidir.
Aktualinfo.org xatırladır ki, Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi 2019-cu il iyulun 24-də gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayaraq, Xəzər dənizinə düşmüşdü. Bir neçə günlük axtarışlardan sonra öncə təyyarənin qalıqları və “qara qutu”su tapılıb. Avqustun 20-də pilot Rəşad Atakişiyevin nəşi sudan çıxarılaraq, ailəsinə təhvil verilib. Avqustun 21-də isə pilot II Fəxri Xiyabanda torpağa tapşırılıb.
Rəşad Atakişiyev ailəli olub, 2 oğul övladı var.