“Orta və ali məktəblərdə tədrisin bərpası üçün göstərişlər hazırlanacaq” – Baş infeksionist
Qarşıdakı 1 ay müddətində yoluxma sayındakı rəqəmlər və epidemioloji situasiya təhlil ediləcək, sonra buna müvafiq olaraq təhsil müəssisələrində tədrisin bərpası ilə bağlı qərar veriləcək.
Bunu açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.
C.İsayev qeyd edib ki, sanitar-epidemioloji vəziyyət imkan verərsə, arta və ali məktəblərin açılmasından söhbət gedə bilər:
“Amma indiki vəziyyətdə bu barədə danışmaq tezdir. Hazırda bütün diqqət yoluxma sayının azalmasına yönəlib. Sentyabrın 15-nə yaxın epidemioloji vəziyyət necə olacaqsa, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ona uyğun qərar veriləcək”.
Baş infeksionist bildirib ki, dərslər bərpa olunacağı halda, bununla bağlı da ayrıca metdoki göstərişlər hazılanacaq:
“Burada dərslərin necə keçirilməsi qaydaları müəyyən olunacaq. Orta və ali məktəblərin açılması epidemiolji cəhətdən situasiyanın gərginləşməsinə səbəb olan faktorlardan biridir. Ona görə də bu işdə çox ehtiyatlı olmağımız lazımdır”.