Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Qarabağa sülh və ədalət tələb edirlər
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə Heyətinin üzvləri “Dağlıq Qarabağa sülh və ədalət” adlı bəyanat yayıblar.
Aktualinfo.org bəyanatı təqdim edir.
Biz Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyət və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləyirik.
Azərbaycan güclü beynəlxalq qanuni dəstək alıb: BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Beynəlxalq ictimaiyyət ərazinin müharibə yolu ilə ələ keçirilməsini tanımadığını bir daha təsdiqləyib. Qanunsuz yolla gücün tətbiqi heç bir şəkildə əsaslandırıla bilməz. Biz Ermənistan və Azərbaycan sərhədi boyunca Azərbaycan vətəndaşlarının və mülki obyektlərinin hədəfə alınmasını qətiyyətlə pisləyirik. Qanunsuz fəaliyyətlər, eləcə də Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırılma dayandırılmalıdır.
Bu gün təxribatlara, atəşkəs sazişinin pozulmasına baxmayaraq, Azərbaycan yenə də təmkin göstərərək, müvafiq qanuni kanallar vasitəsilə vəziyyəti düzəltməyə çalışır. Münaqişə qan tökülməsi və resurs itkisi bahasına başa gəlir.
İndi bütün mümkün diplomatik kanalları fəallaşdırmağın vaxtıdır. BMT və Avropa İttifaqı dərhal atəşkəsə çağırmalı və beynəlxalq səviyyədə mümkün olan hər bir vasitədən istifadə etməklə növbəti hərbi fəaliyyətin qarşısını almalıdır. Lakin uzunmüddətli münaqişənin nəhayət həlli üçün axtarış istiqamətində irəliləyiş zəruridir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas prinsiplərindən biri sülhməramlı yollarla sülh üçün çalışmaqdır. Beləliklə, biz beynəlxalq ictimaiyyəti əvvəlki qətnamələrin, xüsusilə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasını, beynəlxalq hüquq çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpasını, tələb olunduğu kimi, Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan hərbi qüvvələrinin çıxarılmasını təmin etməyə və Ermənistan-Azərbaycan münaqişəsinin davamlı həllinə nail olmağa çağırırıq.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin – Rusiya, Fransa və ABŞ-ın vasitəçilik etdikləri danışıqlar prosesi münaqişənin həll olunması üçün heç bir real nəticə verməyib. Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələrək mandat əldə edən həmsədrlər davamlı sülhə nail olmaq istiqamətində məqsədyönlü danışıqlar aparılmasını təmin etmək üçün öz səylərini ikiqat artırmalıdırlar.
Bütün bəşəriyyətin ümumi düşmən olan COVID-19 ilə mübarizə apardığı belə bir zamanda insanlıq üçün məntiqə uyğun deyil ki, bütün enerjimizi və resurslarımızı bir-birimizi öldürmək və məhv etmək üçün istifadə edək. Gəlin məntiqlə və qanunun aliliyi prinsipini əsas tutaraq Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll edək.
Həqiqi sülh daha vacibdir və o, yalnız ədalət və inklüzivlik üzərində qurula bilər. Bu, Avropa İttıfaqının vəzifələrinə uyğundur və BMT-nin 75-ci ildönümündə müvafiq canlanma yaradacaqdır. Beləliklə, gəlin biz beynəlxalq ictimaiyyətlə bərabər çalışaraq keçmişin ədalətsiz miraslarını geridə qoyub qlobal çağırışlar üzərində duraraq daha yaxşı sabahlar üçün təməl qoyaq.
Vayra Vike-Freyberqa
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,
1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti
İsmail Serageldin
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,
1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti
Şahzadə Türki bin Feysəl bin Əbdüləziz Al Saud
Kral Feysəl Fondunun Tədqiqatlar və İslam Araşdırmaları Mərkəzinin sədri
Əbdüləziz əl-Tuveycri
ICESCO-nun sabiq Baş direktoru
Şövkət Əziz
2004-2007-ci illərdə Pakistanın Baş Naziri
Rəşid Alimov
2016-2019-cu illərdə Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi
Rozalia Artega Serrano
Ekvadorun sabiq Prezidenti
Sali Berişa
1992-1997-ci illərdə Albaniyanın Prezidenti
2005-2013-cü illərdə Albaniyanın Baş Naziri
Hikmət Çətin
1991-1994-cü illərdə Türkiyənin Xarici İşlər naziri
Emil Konstantinesku
1996-2000-ci illərdə Rumıniyanın Prezidenti
Mirko Svetkoviç
2008-2012-ci illərdə Serbiyanın Baş Naziri
Franko Frattini
2002-2004, 2008-2011-ci illərdə İtaliyanın Xarici İşlər naziri
2004-2008-ci illərdə ədalət, azadlıq və təhlükəsizlik məsələləri üzrə Avropa komissarı
Amina Qurib-Fakim
2015-2018-ci illər Mavritaniyanın Prezidenti
Jan Fişer
2009-2010-cu illərdə Çex Respublikasının Baş Naziri
Ekmələddin İhsanoğlu
2004-2014-cü illərdə İslam Əməkdaşlıq Təşkilatının Baş katibi
Mladen İvaniç
2014-2018-ci illərdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü
Dalia İtzik
İsrailin sabiq Prezidenti və parlamentin sabiq sədri
Georgi İvanov
2009-2019-cu illərdə Şimali Makedoniya Respublikasının Prezidenti
İvo Yosipoviç
2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti
Yadranka Kosor
2009-2011-ci illərdə Xorvatiyanın Baş Naziri
Aleksandr Kvasnievski
1995-2005-ci illərdə Polşanın Prezidenti
İv Leterme
2008, 2009-2011-ci illərdə Belçikanın Baş Naziri
Zlatko Laqumciya
2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş Naziri,
2012-2015-ci illərdə Bosniya və Herseqovinanın Baş Nazirinin müavini, Xarici İşlər naziri
Petru Luçinski
1997-2001-ci illərdə Moldovanın Prezidenti
Əmr Musa
2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının Baş katibi,
1991-2001-ci illərdə Misirin Xarici İşlər naziri
Elnur Əliyev
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru
Rövşən Muradov
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi
Recep Meidani
1997-2002-ci illərdə Albaniyanın Prezidenti
Buyar Nişani
2012-2017-ci illərdə Albaniyanın Prezidenti
Jomart Otorbayev
2014-2015-ci illərdə Qırğızıstanın Baş Naziri
Elza Papademetru
Yunanıstan parlamentinin sabiq vitse-prezidenti
Rosen Plevneliyev
2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti
Oskar Ribas Reyq
1982-1984, 1990-1994-cü illərdə Andorranın Baş Naziri
Petar Stoyanov
1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti
Boris Tadiç
2004-2012-ci illərdə Serbiyanın Prezidenti
Eka Tkelaşvili
2010-2012-ci illərdə Gürcüstanın Baş Nazirinin müavini
Filip Vuyanoviç
2003-2018-ci illərdə Monteneqronun Prezidenti
Viktor Yuşenko
2005-2010-cu illərdə Ukraynanın Prezidenti
Katerina Yuşenko
2005-2010-cu illərdə Ukraynanın birinci xanımı
Valdis Zatlers
2007-2011-ci illərdə Latviyanın Prezidenti.