Qarabağ müharibəsi ilə bağlı yeni bədii film – İyulun 19-u AzTV-də premyera olacaq

AzTV-nin Sabah Yaradıcılıq Studiyası yeni bədii film çəkib.

Məlumata görə, “Yağlı boya ilə ailə portreti” adlı film dram janrındadır. 1 saat 19 dəqiqəlik filmdə tələbə-rəssam olan yeganə övladı Qarabağ müharibəsində şəhid olmuş Çingiz adlı kişinin həyatı əks olunub. Onun həyat yoldaşı da övladının itkisinə dözməyərək vəfat edib. Filmin əsas mövzusu Qarabağ müharibəsinin fəsadları, ürək xəstəsi olan Çingiz adlı kişinin təsadüfən üstü açılmış sirdən sonra övladı xəstə olan qonşusuna maddi yardım etməsi, fədakarlığıdır.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Sirac Mustafayevdir.

Quruluşçu operator Fahir Səmədoğlu, bəstəkar Vüsal Ömərov, rəssam Elyaz Səfərov, prodüser isə Şərif Qurbanəliyevdir.

Baş rolda Eldəniz Rəsulovun çəkildiyi film iyulun 19-da saat 21:30-da AzTV-də nümayiş olunacaq.(qafqazinfo)



Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password