Azərbaycan nümayəndəsi Ümumdünya Poçt İttifaının Xidmət Keyfiyyəti Fondu Şurasının sədr müavini seçildi

Iyulun 11-də Ümumdünya Poçt İttifaqının (ÜPİ) Xidmət Keyfiyyəti Fondu (Quality of Service Fund – QSF) Şurasının iclasları “COVİD-19” pandemiyası səbəbindən baş tutmadığına görə tədbirin gündəliyində duran məsələlərin bir hissəsinə yazışmalar yolu ilə baxılıb, yekunda videokonfrans keçirilib. 
Aktualinfo.org xəbər verir ki,videokonfransda Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Nasir Həmidov təmsil edib. 
Tədbir zamanı müxtəlif dünya ölkələri tərəfindən QSF proqramı çərçivəsində hazırlanaraq ÜPİ-yə təqdim edilmiş beynəlxalq poçt xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üzrə yeni layihələr müzakirə olunub.
Eyni zamanda, ölkələrin poçt şəbəkəsində icrası sona çatmış QSF layihələrinə dair yekun hesabatlar, layihələrə düzəlişlər edilməsi barədə müraciətlər, icra olunmuş layihələrin qiymətləndirilməsi üzrə hesabatlar və digər sənədlərin müzakirəsi aparılıb. 

Sonda ÜPİ-nin Xidmət Keyfiyyəti Fondu Şurasının yeni dövr üzrə sədri və müavini vəzifələrinə seçkilər keçirilib. Şuranın sədri vəzifəsinə 2 namizəd – ABŞ və Fransa, sədr müavini vəzifəsinə isə 1 namizəd – Azərbaycan olub. Seçkilərin nəticələrinə görə ABŞ nümayəndəsi Maykl Corc sədr, Azərbaycan nümayəndəsi Nasir Həmidov sədr müavini seçilib.
Qeyd edək ki, Şuraya dünyanın 5 coğrafi regionundan 11 ölkənin (ABŞ, Azərbaycan, Çin, Hindistan, İsveçrə, Fransa, Çili, Misir, Tunis, Tailand və Rusiya) nümayəndələri daxildir.

Peşəkar rabitəçimiz Nasir Həmidova Beynəlxalq təşkilatda Azərbaycanı layiqincə təmsil etməkdə uğurlar arzulayırıq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password