XİN-in Konsulluq İdarəsinin daha bir əməkdaşı həbs edildi

Xarici İşlər Nazirliyində Konsulluq İdarəsinin rəis İilə yanaşı daha bir əməkdaşı həbs olunub. Bu barədə virtualaz.orq məlumat verən mənbə bildirib ki, iyulun 7-də və 8-də iki nəfər tutulub. Bunlar nazirliyin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov və bu idarənin əməkdaşı İlqar Əliyevdir.

“Onlar əvvəl həbs olunanların ifadəsi əsasında saxlanılıb. İlqar Əliyev iyulun 7-də tutulub. İyulun 9-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Faiq Bağırov isə bir gün sonra saxlanıb. O, həbs qərarı üçün bu gün (iyulun 10-da) axşamüstü məhkəmə qarşısına çıxarılmalıdır”, – mənbə belə deyib

Saxlanılanların hər ikisinə qarşı CM-nin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürüldüyü bildirilir: “Onlara verilən ittiham, əsasən, rüşvətlə viza düzəldilməsiylə bağlıdır”.

Səbail Rayon Məhkəməsindən də İ.Əliyev barəsində həbs-qətimkan tədbiri seçilməsini təsdiqləyiblər.

Bir qədər əvvəl Səbail Rayon Məhkəməsində Azərbaycanın Türkiyədəki keçmiş səfiri, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Hakim Şahin Abdullayevin sədrlik etdiyi prosesdə təqdimat təmin edilib və onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Beləliklə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) XİN-də keçirdiyi əməliyyat nəticəsində tutulanların sayı 5-ə çatıb. Xatırladaq ki, iyulun 3-də keçirilən əməliyyat zamanı nazirliyin İşlər İdarəsinin müdiri, Tender Komissiyasının sədri Fərhad Mollazadə, bu idarənin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq İdarəsinin şöbə rəisi Nurupaşa Abdullayev həbs olunmuşdu. Onların hər üçünün barəsində Səbail Rayon Məhkəməsinin qərarıyla ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password