Elmar Məmmədyarovun işçisi və yaxın dostu tutuldu
Xarici İşlər Nazirliyində həyata keçirilən anti-korrupsiya əməliyyatında həbs olunanlardan birinin adı bəlli olub.
Bu nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadədir.
Fərhad Mollazadə xarici işlər naziri Elmar Məmmədyarovun yaxın dostudur və o nazir təyin olunandan bərabər çalışırlar.
Xatırladaq ki, bir saat əvvəl Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində anti-korrupsiya əməliyyatının həyata keçirildiyi barədə məlumat yayılıb.(sfera.az)