ABŞ Liviyadakı Türk müdaxiləsini “Rus varlığı” ilə əlaqələndirir

ABŞ Dövlət Departamenti cümə axşamı günü Türkiyənin Liviyadakı vəziyyətə müdaxiləsinin səbəbinin bu ölkədə “Rus varlığı” olduğunu söyləyib.

Bu barədə məlumatı Dövlət Departamentinin mətbuat xidməti yayıb.

ABŞ dövlət katibinin Yaxın Şərq işləri üzrə köməkçisi David Şenker  jurnalistlər üçün keçirdiyi brifinqdə Rusiya hərbi texnikasının və muzdlu döyüşçülərinin Liviyada olduğunu söyləyib.

“Xarici aktyorların davam edən müdaxiləsini ABŞ-ın maraqlarına və Şərqi Aralıq dənizindəki regional sabitliyə qarşı bir problem, Liviya xalqı üçün bir faciə kimi görürük. Liviyalılar sülh və xarici müdaxilələrə son verilməsini istəyirlər” deyib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar atəşkəsə və siyasi danışıqlara qayıtmaq çağırışlarını davam etdirir.

Rusiya Federasiyasının hakimiyyəti əvvəllər dəfələrlə Liviyada Rusiya hərbi qüvvəsinin olması iddialarını rədd edib.  Beləliklə, Kreml ABŞ-ın Liviyadakı vəziyyətin tənzimlənməsində Rusiyanın “hərbi müdaxiləsi”nin sabitləşdirən rolu barədə iddiasını “boş bəyanat” adlandırıb. Xarici işlər naziri Sergey Lavrov da öz növbəsində bu ərəb ölkəsində “rus muzdlularının” olması ilə bağlı iddiaların şayiə olduğunu söyləyib. Xarici İşlər Nazirinin müavini Mixail Boqdanov çərşənbə axşamı günü Misirin Əl-Əhram qəzetinə verdiyi müsahibədə, özəl hərbi şirkət Vaqnerin Liviyada olması ilə bağlı açıqlamaların saxta məlumatlara söykəndiyini deyib.

Liviyada uzun müddətdir ki, paralel olaraq iki icra orqanı mövcuddur: Tripolidəki Faiz Sarrajın Milli Razılıq Hökuməti və ölkənin şərqində parlamentlə birlikdə fəaliyyət göstərən, Marşal Xalifa Haftarın komandanlığı ilə Liviya Milli Ordusu tərəfindən dəstəklənən Abdullah Əbdürrəhman at-Taninin müvəqqəti kabineti. Haftar 4 aprel 2019-cu ildə Tripoliyə hücumu başlatdıqdan sonra ölkənin əsas şəhəri uğrunda mübarizə aparır.

Yanvarın 19-da Berlində Rusiya Federasiyası da daxil olmaqla dövlət və hökumət başçıları səviyyəsində Liviyanın tənzimlənməsi ilə bağlı konfrans keçirilib.

Yekun sənəddə iclas iştirakçıları atəşkəsə çağırış etdilər, Liviya işlərinə müdaxilədən çəkinməyə söz verdilər, vahid hökumət yaratmağı və NATO-nun müdaxiləsi ilə 10 il əvvəl məhv edilən dövlətçiliyin bərpası üçün islahatlara başlamağı təklif etdilər. Fevralın 23-də Cenevrədə Liviya danışıqlarının ikinci turu nəticəsində heç vaxt tətbiq olunmayan atəşkəs sazişi layihəsi hazırlanmışdı.(konkret.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password