Salyandakı yoxlamaların nəticələri Sevindik Hətəmovdan nələr deyir?
Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun barəsində bu günə qədər yazılanlara yeni nə isə əlavə etmək olmur.Sözügedən rayona başçısı təyin olunduqdan sonra onun rəhbərliyi altında nə kimi işlər görülüb, nə kimi yeniliklər olub?Bu barədə bundan bir neçə ay əvvəl biz oxuculara məlumat vermişdik.Qeyd etmişdik ki,bir başçı kimi Sevintik Hətəmov rayona təmir tikinti adı altında ayrılmış dövlət vəsaitlərini ona yaxınlığı ilə tanınan şirkətlər vasitəsi ilə mənimsəməklə məşğuldur.Bu günlərdə isə yazdıqlarımızın təsdiqini tapması barədə yeni məlumatlar əldə etmişik.
Aktualinfo.org-a verilən məlumatlara görə Salyan rayonunda aparılmış yoxlamalarn nəticələri bu günlərdə bəlli olub. Məlumatlarda bildirilir ki, Maliyyə Nazirliyi tərəfindən aparılmış yoxlamalarda rayona ayrılan 7 milyon manat dövlət vəsaitinin araşdırması zamanı məbləğin 50% nin mənimsənilməsi aşkarlanmışdır.Məlumatlarda bildirilir ki, Sevindik Hətəmovun xeyli xahiş və minnətdən sonra 1 milyon manatın mənimsənilməsi rəsmiləşdirilmişdir.Vəsaitin büdcəyə qaytarılması məsələsi isə həll olunmamış qalıb.Belə ki,Sevindik Hətəmov dövlət vəsaitini təkbaşına mənimsəmədiyini, bir hissəsini Prezident Admistrasiyasında adını hallandırmaq istəmədiyimiz yüksək vəzifəli bir məmura verdiyini bildirərək ödəməkdən imtina etmişdir.Bəs rayona ayrılmış dövlət vəsaitləri hansı yollarla mənimsənilib? Təbii ki, müxtəlif adlar altında formal keçirilmiş tenderlər yolu ilə.Qeyd edək ki,yoxlamalar zamanı rayon İcra Hakimiyyətinin keçirdiyi tenderlərdən başqa Sevindik Hətəmovun başçı olaraq ona birbaşa tabe olmayan digər idarə və təşkilatların da keçirdikləri tender prosedurlarına müdaxilə etməsi,oradan faız alması bəlli olmuşdur. Sözügedən formal tender prosedurlarının bir neçəsini diqqətinizə çatdırırıq.
1 “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Salyan rayonu Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi “İlkin-N” MMC Təmir tikinti işləri üçün tikinti materiallarının satın alınması 271817.42 AZN 2018
2 “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Salyan rayonu Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi “İlkin-N” MMC Nasos və elektrik avadanlıqları üçün ehtiyat hissələrinin satın alınması 199684 AZN 2018
3 “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Salyan rayonu Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi “İlkin-N” MMC Elektrik mühərriklərinin əsaslı təmiri işlərinin satın alınması 40369 AZN 2018
4 “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Salyan rayonu Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi “İlkin-N” MMC Kommunikasiya işlərinin satın alınması 10057.28 AZN 2018
5 “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Salyan rayonu Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi “İlkin-N” MMC Avtomaşınların ehtiyat hissələrinin satın alınması 19663 AZN 2018
6 “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Salyan rayonu Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi “İlkin-N” MMC Mexanizmlərin ehtiyat hissələrinin satın alınması 130089.4 AZN 2018
7 “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Salyan rayonu Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi “Təmir Quraşdırma Təchizat” MMC Təmir işləri üçün tikinti materiallarının satın alınması 120315 AZN 2018
8 “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Salyan rayonu Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi “İlkin-N” MMC Mexanizmlərin ehtiyat hissələrinin satın alınması 85484.6 AZN 2018
9 Maliyyə Nazirliyi Salyan Rayonu üzrə Maliyyə İdarəsi “Nat Corp” MMC İdarənin inzibati binasında yanğın xəbəredici sisteminin quraşdırılması zamanı tələb olunan materialların və işlərin satın alınması 7998.04 AZN 2017
10 Maliyyə Nazirliyi Salyan Rayonu üzrə Maliyyə İdarəsi “Yunisli LTD” MMC Bərk inventarların satın alınması 6800 AZN 2017
Ən gülünc,qeyri adi hal isə “Sabirabad inşaat” MMC nin Salyan rayonunda bayram tədbirlərinin keçirilməsinə İcra Hakimiyyəti rayonda şirkət tapmayaraq Sabirabaddan gətirməsidir.Qeyd edək ki,bu məqsədlə tikinti şirkətinə 46 000 manat vəsait ödənmişdir. Əcaba inşaat şirkəti bayram tədbirlərinin keçirilməsi işini necə təşkil edib, sual doğurur.
“İlkin N” MMC şirkəti isə o qədər unuversal şirkətdir ki, rayonunun bütün idarə və müəssisələrin işlərini görür.Bu “İlkin N” Bakıda övladına qalenvaqenlərlə təmtaraqlı toy edən Hacı Qurbana məxsusdur.Məlumatlara görə Hacı Qurban sadəcə sənədləşmə işlərini görüb pulu nağdlaşdırmaqla vəsaiti tamlıqla Sevindik Hətəmova təhvil verib. Öz dili ilə desək başqa işlər onluq deyil.Sevindik müəllim rayonda çəkilmiş asvalt örtüyünü təkrar qazmaqdan yorulmur ki,yorulmur…
Aktualinfo.org