Vasif Novruzov Qobustanda kimdən və niyə gizlənir?
Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə, Neftçala rayon İcra Hakimiyyətinin fevralın 20-də həbs olunmuş İcra başçısı İsmayıl Vəliyevin 2005 – 2011-ci illərdə Qobustan rayon İcra Hakimiyyətinə rəhbərlik etdiyi göstərilən tarixlərdə törətdiyi qanunsuz əməllər də araşdırılır.Məlumatlara görə yerli Aqrar İslahatlar Komissiyasının 10 dekabr 1996-cı il tarixli qərarına əsasən Qobustan rayon Qaraçüzlü kəndinin 40 sakininə verilmiş pay torpaqlarının İsmayıl Vəliyev tərəfindən satıldığı bəlli olub. Qeyd edək ki, hələ bir neçə il əvvəl kənd sakinlərinin ölkə başçısı İlham Əliyevdən tutmuş digər yüksək səlahiyyətli orqanların rəhbərlərinə ünvanladıqları çoxsaylı şikayətlər tərəfimizdən bir neçə dəfə ictimailəşdirilsə də problem həllini bu günə qədər tapmamışdı.
Qeyd edək ki,İsmayıl Vəliyev Qobustan rayon İcra Hakimiyyətinə başçısı təyin olunduqdan cəmi bir il sonra,yəni 2006-cı ildə kənd sakinlərinin pay torpaqları alqı-satqı müqaviləsi əsasında Məmmədov Malik Xeyrulla oğlunun (2018-ci ildə qəfil ürək tutmasından dünyasını dəyişib) adına etibarnamə ilə satılmışdır. Bunu xüsusilə vurğulamaq istərdik ki, burada vəfat etmiş şəxslərin belə torpaq payları etabarnamə əsasında zəbt edilmiş,hətta razılıq ərizəsi verməyən ailələrin də torpaq sahələri saxta alqı-satqı müqavilələri əsasında əllərindən alınmışdır. Bütün bunların başında isə təbi ki,İsmayıl Vəliyev dayanırmış. Torpaq sahələrinin adına rəsmiləşdirdiyi Malik Məmmədov isə həmin dövrdə “Gilan Holdinq”in məsul işçilərindən biri imiş. Malik Məmmədov vaxtılı ilə Gömrük Komitəsində Kəmaləddin Heydərovun müavini olmuş və bu yaxınlarda Səfər Mehdiyev tərəfindən təqaüdə göndərilən General-leytenant Nazim Məmmədovun qardaşı olub. Qeyd edək ki,kənd sakinlərindən əlindən saxta alqı satqı müqavilələri ilə alınmış 526 hektar torpaq sahəsi uzun illər istifadəsiz qalıb.Lakin buna baxmayaraq Malik Məmmədov sözügedən torpaq sahələrinə görə dövlətdən hər il 25-35 min manat arası subsidiya alıb.Bu da təbii ki,ya İsmayıl Vəliyevə çatıb,ya da bölüşdürülüb. 2011-ci ildə İsmayıl Vəliyevdən sonra Qobustan rayonuna İcra Hakimiyyətinin başçısı təyin olunmuş Adil Məmmədov da kənd sakinlərinin çoxsaylı şikayətlərindən sonra məsələdən xəbərdar olub.Lakin tədbir görmək əvəzinə Malik Məmmədovun əkilməyən,istifadəsiz torpaq sahələrinə dövlətdən subsidiya almasına şərait yaradıb və beləliklə də bu cinayət əməlinin iştirakçılarından birinə çevrilib.Bu səbəbdən hazırda Adil Məmmədovun da vəziyyətinin gərgin olduğu bildirilir.
Qeyd edək ki,2011-ci ildən Qobustan rayon İcra Hakimiyyətinə başçılıq edən Adil Məmmədovun günahları tək bununla bitmir. Məlumatlarda Adil Məmmədov da dost tanışların adına hər bir kənd üzrə formal torpaq sahələri yazdıraraq külli-miqdarda dövlət vəsaitini subsidiya şəklində mənimsədiyi bildirilir.
Aktualinfo.org