Bundesliqada “Bavariya” səfərdə “Union”a qalib gəldi

Futbol üzrə Almaniya Bundesliqasında 26-cı turun növbəti oyunları keçirilib.

Aktualinfo.org-un məlumatına görə, Münhenin “Bavariya” klubu Berlində yerli “Union” komandasına 2:0 hesabı ilə qalib gələrək çempionatdakı mövqeyini möhkəmləndirdi.

Turnir koronavirus pandemiyası səbəbindən dayandırılan iki həftəlik aradan sonra keçirilib.

Hesab 40-cı dəqiqədə penaltidən Robert Levandovski tərəfindən hücumçunun mövsümdə vurduğu 40-cı qolla açılıb. İkinci qolu 80-ci dəqiqədə Benjamin Pavar vurub.

“Bavariya” 26 matçda xallarını 58-ə çatdıraraq ən yaxın izləyicisi Dortmund “Borussiya”sı ilə fərqi 4-ə yüksəldib.

Turun sonuncu oyunu mayın 18-də keçiriləcək və “Verder” – “Bayer” görüşü ilə yekunlaşacaq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password