Elçin Quliyevin DTX tərəfindən tutulan müavini kimdir?

Bu gün Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Aktualinfo.org DTX-nın rəsmi saytına istinadən xəbər verir ki, cinayət işi üzrə DSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.

Dövlət Sərhəd Xidmətinin Lənkəran, Nefçtala və Xaçmaz rayonlarında Sahil Mügafizə İdarələrinin rəislərinin qanuna zidd əməlllər törətməsi barədə məlumat yayılmışdı.

Bəs Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin müavini, Sahil Mühafizəsinin rəhbəri Əfqan Vəli oğlu Nağıyev kimidr? Onun barəsində açıq mənbələrdə geniş informasiyanın olmamasına rəğmən generalın Sahil Mühafizəsinə uzun illər rəhbərlik etdiyi məlumdur. O həmçinin, Xəzər dənizində keçirilən hərbi təlimlərə rəhbərlik edib.

 

 

 

 

 

 

 

 

 

 

 

Nağıyev bu sahədə polkovnik-leytenant rütbəsindən general-leytanant rütbəsinə qədər yüksəlib. Ə. Nağıyev 2004-cü ildə polkovnik-leytenant ikən Sərhəd Qoşunlarının yaradılmasının 85-ci ildönümü münasibətilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Əfqan Nağıyev növbəti dəfə 2008-ci ildə təltif edilib. Həmin vaxt polkovnik olan Nağıyev, Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Ə.Nağıyev 1 il sonra isə Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü mü­na­sibətilə “Vətən uğrunda” medalı ilə təltif olunub.

2012-ci ildə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi Əfqan Vəli oğlu Nağıyevə general-mayor rütbəsi verilib.  2014-cü ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

Əfqan Nağıyevin general leytenat rütbəsini  2018-ci il avqusutun 16-da aldığı da məlumdur.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi 2005-ci il 18 ferval tarixində Azərbaycan prezidentinin sərəncamı ilə yaradılıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password