Paşinyan nasist babası ilə bağlı informasiya verən saytları hədələdi
Ermənistanın Baş naziri Nikol Paşinyan erməni mediasının liderlərini təhdid edib. Onun fikrincə, saytlar nasist babası ilə bağlı faktları yaymamalıdırlar.
Bu barədə Ermənistan mediası yazır.
Xüsusilə, Ermənistanda populyar olan “Analitik” xəbər saytının rəhbəri Ani Ovannisyan “Facebook” səhifəsində yazıb ki, bir neçə gün əvvəl nəşrin redaksiyasına hökumət tərəfindən edilən təhdidlər barədə polisə müraciət edib.
“Redaksiyamıza bir neçə dəfə baş nazir Nikol Paşinyanın köməkçisi Susanne Barseqyanın qardaşı Sergey Barseqyan zəng etdi. Onun danışığının qeydləri var” deyib.
Ovannisyanın sözlərinə görə, hüquq-mühafizə orqanlarından onun ifadəsinə cavab verilməyib.
“Polisin açıq hərəkətsizliyini nəzərə alaraq, Ermənistanda hakimiyyətdə olmayanlar açıq şəkildə psixoloji zorakılığa məruz qalırlar. Belə insanların həyatı və sağlamlığı təhlükə altındadır. Məqsədləri isə jurnalistlərin fəaliyyətinə maneçilik törətməkdir. Zəng edənin bacısının Baş nazirin köməkçisi olması bunun əyani sübutudur” deyə jurnalist qeyd edib./konkret.az/