Qədr gecəsi ilə bağlı proqram hazırlanıb
Bu il Qədr gecələri may ayının 12-dən 13-nə, 14-dən 15-nə, 16-dən 17-nə keçən gecələrə təsadüf edir. Gecələr gün batanda başlayır və sübh azanına qədər davam edir.
Karantin rejimini nəzərə alaraq, Məşədi Dadaş məscidi dini icması səhərə qədər əhya saxlayanlar üçün online proqram hazırlayıb.
22:30 – Qurani-Kərimin tilavəti (Hacı Ruslan Qasımov)
22:35 – Xütbə (Hacı Şahin Həsənli)
23.30 – Qədr gecəsi duaları (Hacı Şahin Həsənli)
00:00 – Fasilə
01:00 – Cövşən-Kəbir duası (Hacı Ruslan Qasımov)
Qeyd edək ki, 12, 14, 16 may tarixlərində eyni proqramı Hacı Şahin Həsənlinin rəsmi Youtube, Facebook və İnstagram hesablarından izləmək mümkündür.
Qədr gecəsinin fəziləti o qədər böyükdür ki, bu gecədə edilən ibadət min ayın ibadətindən üstündür. Lakin, bununla belə Qədr gecələrinin əməlləri vacib deyil, bəyəniləndir.