DEPUTAT: “Prezident korrupsiyanın kökünü birdəfəlik kəsməkdə qərarlıdır”

“Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin Respublikanın Baş prokuroru təyin edilməsi hər şeydən öncə Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə həyata keçirilən hüquqi islahatlar çərçivəsində korrupsiyaya qarşı mübarizəni ən ümdə istiqamətlərdən biri kimi müəyyənləşdirməsindən xəbər verir”.

Bu sözləri açıqlamasında Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya qarşı mübarizə Komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

Millət vəkili bildirib ki, Azərbaycanda məhkəmə-hüquq sistemində xeyli vaxtdır ki, aparılan islahatlar Prezidentin son təyinatı ilə yeni bir mərhələyə qədəm qoydu: “Bu mərhələ korrupsiyaya qarşı daha sərt mübarizə mərhələsi olacaq. Məsələ ondadır ki, hüquqi islahatlar çərçivəsində cəza siyasətinin humanistləşdirilməsinin həyata keçirildiyi bir vaxtda bəzi məmurların və digər qərər qəbuletmə səlahiyyəti olan subyektlərin hüquqi islahatların məqsədini düzgün başa düşməməsi, yaxud düzgün başa düşmək istəməməsi ayrı-ayrı hallarda onların öz vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına gətirib çıxarıb. Hətta bu istiqamətdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin ciddi xəbərdarlıqlarına, Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi operativ əməliyyat tədbirlərinə baxmayaraq, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qanuna zidd əməllərə yol verilməsi bir daha onu göstərdi ki, korrupsiyaya qarşı mübarizə məsələsində daha sərt cəza tədbirlərinin görülməsi zəruridir”.

Deputat yeni təyinatın korrupsiya ilə mübarizədə mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Son təyinat da daxil olmaqla görülən tədbirlər onu sübut edir ki, Prezident İlham Əliyev Azərbaycanda korrupsiyanın kökünü birdəfəlik kəsməkdə qərarlıdır. Yeni Baş prokurorun təyinatı proseduru Azərbaycanda ali icraedici və ali qanunverici hakimiyyət orqanları arasında keyfiyyətdə koordinasiya mexanizminin qurulmasını göstərmiş oldu. Hazırkı mərhələdə hüquqi sistemimizin yenilənməsi istiqamətində həyata keçirilən islahatların bundan sonra da dərinləşəcəyinə və daha genişmiqyaslı olacağına şübhəm yoxdur”./publika.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password