Beynəlxalq Muğam Mərkəzinin “Azərbaycanın qədim musiqi alətləri” rubrikasında mühazirələri davam edir

Beynəlxalq Muğam Mərkəzi muzey hissəsindən Azərbaycanın qədim musiqi alətləri ekspozisiyasında yer alan alətlər haqqında mühazirələri sosial şəbəkələrdəki hesablarından təqdim etməkdədir.

Aktualinfo.org-un məlumatına görə, mühazirənin bu dəfəki buraxılışı ud alətinə həsr olunub. Məlumatı AMK-nın “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov təqdim edib.

Ud – Yaxın Şərq xalqlarının mizrabla çalınan ən qədim simli, dartımlı musiqi alətidir. Azərbaycanda geniş yayılmışdır.Orta əsrlərdə bütün Yaxın Şərq xalqları musiqisində udun tutduğu mövqe Avropa musiqisində klavesinin tutduğu yer qədər əhəmiyyətli olmuşdur.Udun konstruksiyası zaman keçdikcə tez-tez dəyişdirilərək təkmilləşdirilmişdir.

Müasir ud 6 simli musiqi alətidir. Bunlardan 5 qoşa, altıncısı isə tək qoşulur. Simlərin düzülüşü və yerləşdirilməsi çox qəribədir: orta melodik, yəni musiqinin əsl havasını (modulyasiyasını) çalan simlər, yanlarından isə (hər iki tərəfdən dəm saxlayan) bəm simlər (alikvot simlər) qoşulur.

Layihənin məqsədi Azərbaycana məxsus milli musiqi alətlərimizi böyük auditoriyaya tanıtmaqdır.

Qeyd edək ki, BMM elmi tədqiqat və araşdırma yönlü fəaliyyəti nəticəsində bu günə kimi “Dəyirmi masa” layihəsi çərçivəsində muğam sənətimizin və musiqinin müxtəlif janrlarını əhatə edən, milli musiqi alətlərimizin tarixi və problemlərinə həsr olunan elmi-praktiki konfrans və müzakirələr keçirib. Mühazirə ilə aşağıdakı linkdən tanış ola bilərsiniz

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password