
İsrailin İrana qarşı apardığı hərbi əməliyyatlar azərbaycanlıların kütləvi yaşadığı Təbriz, Urmiya, Salmas şəhərlərini də əhatə edir. Baş verən münaqişə nəticəsində mülki əhali arasında təlafat qeydə alınır.
Azərbaycan diplomatik və digər kanallarla İsrail siyasi rəhbərliyinə İranda azərbaycanlıların kompakt yaşadığı yaşayış məntəqələrindən yan keçmək, qeyri-hərbi infrastruktura və mülki əhaliyə zərər yetirməməklə bağlı mesaj göndərib.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.
Qeyd edək ki, bununla bağlı ilk məlumatı Qafqazinfo saytı yayıb.