
İsrailin İranın müxtəlif ərazilərinə endirdiyi hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salami ölüb.
Bu barədə İran mediası xəbər verir.
Bundan başqa İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şəmxani İsrailin zərbəsi nəticəsində ağır yaralanıb.
Eyni zamanda hava zərbələri nəticəsində İranın Atom Enerjisi Təşkilatının rəhbəri Fereydun Abbasi və İslami Azad Universitetinin prezidenti Məhəmməd Mehdi Tehrançi də ölüb.
Son anda İran İslam İnqilabı Keşikçilər Korpusu bəyanat yayıb.
Bəyanatda İsrailin hava hücumu nəticəsində İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, çoxlu sayda SEPAH üzvünün ödürüldüyü qeyd olunub.