
İranın İsraili hədəf almaq üçün döyüş mövqeyinə çıxarılan bütün ballistik raketləri buraxılmazdan öncə məhv edilib.
Bu barədə İsrail ordusu məlumat yayıb.
“Buna görə də İranın PUA hücumu raket buraxılışı ilə müşayiət olunmayıb”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, İsrail ordusunun bu gün səhər saatlarındakı zərbələrinə cavab olaraq İran 800 PUA ilə hücum edib. PUA-lar İsrailə çatmadan havada vurulub.