
İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirib.
İsrailin müdafiə naziri İsrael Kats ölkə daxilində fövqəladə vəziyyət elan edib.
Nazirin sözlərinə görə, İsrail dövlətinin həyata keçirdiyi qabaqlayıcı hücumdan sonra yaxın vaxtlarda İran tərəfindən İsrailə və onun mülki əhalisinə qarşı raket və pilotsuz aparatlarla hücum gözlənilir.
İsrail ordusu İranda “Aslan Milləti” (Am Kelavi) adlı hərbi əməliyyata başladığını elan edib.
Qeyd olunub ki, hərbi əməliyyatın məqsədi İranın nüvə silahı təhlükəsini aradan qaldırmaqdır./trend.az