
Yaxın Şərq növbəti böyük müharibənin astanasında dayanıb. İşğalçı İsrail rejimi indi də gizli müttəfiqi İranla müharibəyə başlayaraq, regionu qan gölünə çevirmək istədiyi iddia olunur. Soyqrımçı rejimin bu niyyəti, ABŞ səfirliklərinin təxliyəsi və İranın dəstəklədiyi silahlı qrupların aktivləşməsi bölgədə ciddi gərginlik yaradıb.
Bununla belə, hər iki tərəf açıq şəkildə müharibə istəmədiyini bəyan edir. Rəsmi Tehran və Təl-Əviv arasında sərt ritorikaya baxmayaraq, hazırkı vəziyyət daha çox psixoloji təzyiq və strateji mövqe nümayişi kimi qiymətləndirilir.
İran rəsmiləri müharibə ehtimalını inkar edir, baş verənləri ABŞ və İsrailin diplomatik təzyiq aləti kimi dəyərləndirirlər. İranın məqsədi həm daxili cəmiyyəti sakitləşdirmək, həm də beynəlxalq aləmdə sülh tərəfdarı imici formalaşdırmaqdır.
Digər tərəfdən, ABŞ da diplomatik kanalları tam qapatmayıb. “Axios”un məlumatına əsasən, ABŞ rəsmisi Stiv Vitkoffun yaxın günlərdə Omanda İranın xarici işlər naziri ilə görüşü gözlənilir. Bu, tərəflər arasında dialoqun davam etdiyini və müharibənin qarşısının alınması üçün hələ də imkanların olduğunu göstərir.
Bölgədəki bəzi hərəkətlilik – səfirliklərin hazırlıq vəziyyətinə gətirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi – daha çox ehtiyat tədbiri kimi qiymətləndirilə bilər. Belə addımlar bu cür gərgin dönəmlərdə tez-tez baş verir və birbaşa müharibə siqnalı kimi qəbul edilməməlidir.
İsrailin hərbi planlar üzərində düşünməsi və İranın öz nüvə proqramını davam etdirməsi bölgədə narahatlıq yaratsa da, hər iki tərəf bilir ki, açıq müharibə regional sabitliyə və iqtisadi maraqlara ciddi zərbə vuracaq. Üstəlik, ABŞ kimi əsas aktorların da diplomatik yolu üstün tutması vəziyyətin nəzarətdən çıxmasının qarşısını alır.
Eyni zamanda, İranın bölgədəki proksi qüvvələrinin aktivliyi və bəzi hərəkətlənmələr olsa da, bu qüvvələrin açıq silahlı qarşıdurmaya keçməsi üçün ciddi siyasi iradə və şərait lazım gəlir – bu da hələ ki, yoxdur.
Nəticə etibarilə, Yaxın Şərqdə gərginlik artsa da, müharibə ehtimalı az görünür. Həm ABŞ, həm İran, həm də İsrail ritorika və təzyiqlərlə mövqe üstünlüyü qazanmağa çalışır, lakin heç biri genişmiqyaslı silahlı qarşıdurmada maraqlı deyil. Diplomatiya isə hələlik əsas ssenari olaraq qalır.
Onu da nəzərə almaq lazımdır ki, Tehran rejmi hələ də İsrailin əsas müttəfiqlərindən biri olaraq qalır.