
Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, ev 22-də yaşayan vətəndaş Məmməd Əhməd oğlu Həmidov tərəfindən Daxili İşlər naziri Vilayət Eyvazova, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova, Ombudsman Aparatının sədri xanım Səbinə Əliyevaya media orqanlarına müraciət ünvanlanıb.
Aktualinfo.org sözügedən müraciəti olduğu kimi təqdim edir:
Mən, etibarnamə üzrə idarə etdiyim 90YG 481 “TOYOTA Carolla” markalı avtomobil 26 may 2025-ci il, tarixində Xətai rayonu, Yusif Səfərov küçəsilə Afyəddin Cəlilov küçəsinin kəsişməsinə çatmamış, yolun sağ hissəsi istiqamətində davam edən 1-ci zolaq yol Port Baku istiqamətində davam edir. Bu yol zolağının heç bir digər küçə ilə kəsişməsinin olmamasına baxmayaraq döngədə ( “Müasir Sənət “muzeyinin qarşısında) bu yaxınlarda heç bir əsas və ehtiyac olmadığı halda kiçik ölçülü işıqfor qoyulmuşdur.
26 may 2025-ci il, saat 15 radələrində həmin yolla etibarnamə əsasında idarə etdiyim 90 YG 481 avtomobillə hərəkət etdiyim zaman qarşıda gedən 2 avtomobildən sonra yolu sağa dönərkən işıqforun sarı işığında keçməyə məcbur oldum. DYP əməkdaşı məni saxlayaraq İXM 327.2 maddəsi üzrə mənə əsassız protocol tətbiq edilərək sistemə daxil etmişdir.
Heç bir zəruriyyət olmadığı halda yenicə quraşdırılmış işıqforun hansı təyinata xidmət etdiyi və ya hansı yol hərəkətini tənzimlədiyi mənə və mənim kimi minlərlə vətəndaşa aydın deyildir. Axı Y.Səfərov küçəsinin 1-ci zolağı ilə hərəkəti bu işıqfordan sonra davam etdirərkən heç bir yol kəsişməsi mövcud olmadığı halda, yəni digər küçədən işıqfora yaxınlaşan hər hansı avtomobilin hərəkəti mövcud deyildirsə o zaman bu işıqforun funksiyası nədən ibarətdir? Olmazmı ki, avtomobil öz yolu ilə əvvəlki illərdə olduğu kimi indi də yolunu təyin edilmiş sürət həddində davam etdirsin.
Hesab edirəm ki, yeni qoyulmuş bu işıqforun fəaliyyəti həmin koordinatda mənasızdır. Və yalnız avtomobillərin bir istiqamətli hərəkətinə maneçilik törədir, lazımsız fasilə yaradır və sonda tıxaca səbəb olur. Vətəndaş-sürücü məmuniyyəti nəzərə alınmır, əksinə ehtiyac olmadığı halda süni problem yaradılır.
Çoxhörmətli cənab nazir Vilayət Eyvazov. Ümidvaram ki, DYP sistemində paytaxtımızın bir sıra yerlərində hansısa məqsədlərə nail olmaq üçün zəruriyyət olmadığı halda, guya avtomobillərin hərəkətinin tənzimlənməsi məqsədilə sözügedən koordinatda quraşdırlmış işıqforun sökülərək digər ehtiyac olunan yol kəsişməsində qoyulmasına göstəriş verəsiniz. Bakı şəhərində yol hərəkəti qaydalarına süni əngəl törədən qurğuların yerləşdirilməsini icra edən DYP məmurlarının tezliklə tapılaraq izahat alınmasına göstəriş verməyinizi xahiş edir və əsassız olaraq yazılan bütün İXM ( o cümlədən mənə yazılmış İXM 7154558 saylı) protokolların ləğv edilməsinə göstəriş verəsiniz.
Eyni zamanda Protokolun tərtib edilməsini sübut edən video və fotoların təqdim edilməsini xahiş edirəm.
Məqaləyə dair video-foto materiallar: