
“Gürcüstanın Avropa İttifaqı və NATO-ya inteqrasiyası yalnız Gürcüstandan asılı proses deyil”.
Bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.
Onun sözlərinə görə, məsələ Aİ və NATO-nun mövqeyindən çox asılıdır və bu prosesi birtərəfli kimi təqdim etmək düzgün deyil.
XİN başçısı Gürcüstanın Avropa və avroatlantik strukturlara inteqrasiya prosesinin sürətləndirilməsi üçün hər şeyi etdiyini vurğulayıb.