
“Türkiyə PKK/KCK terror təşkilatının ləğv və tərksilah edilməsi prosesinin əngəllənməsinə imkan verməyəcək”.
Bunu Türkiyə müdafiə naziri Yaşar Gülər deyib.
“Türkiyənin sülh və sabitliyinə ən böyük təhlükə olan PKK/KCK terror təşkilatının mayın 12-də özünüləğv və tərksilah olma qərarını açıqlaması mühüm hadisədir. Prosesin sabotaj edilməsi və uzadılmasına imkan verməyəcəyimiz artıq bəyan edilib”, – nazir bildirib.
Yaşar Gülər Avropanın təhlükəsizliyinin təmin edilməsində Türkiyənin roluna da diqqət çəkib:
“Avropanın təhlükəsizliyinin ancaq əhatəlilik, strateji uzaqgörənlik və kollektiv həmrəyliklə gücləndirilə biləcəyi və bunun üçün uzaqgörən yanaşmanın zəruriliyi ifadə edilib. Bu baxımdan Avropa İttifaqının üzvü olmayan müttəfiqlərin bu mexanizmlərə lazımi şəkildə daxil edilməsi üçün dəstək gözlənilir”.