
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İran uranı zənginləşdirməməlidir. Əks halda, bu addım ciddi nəticələrə səbəb ola bilər.
Bu açıqlamanı Tramp Vaşinqtondan Nyu-Cersi ştatına yola düşərkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən verib.
Onun fikirləri, İranın ali dini lideri Ayətullah Əli Xameneinin ölkənin uranı zənginləşdirməyə qadir və buna ehtiyaclı olduğunu bildirməsinə cavab olaraq səsləndirilib.
“Onlar zənginləşdirmə aparmayacaqlar. Əgər bunu etsələr, biz fərqli şəkildə hərəkət etməyə məcbur qalacağıq. Mən bunu istəmirəm, amma başqa seçimimiz olmayacaq. Uran zənginləşdirilməməlidir”, – deyə Tramp bildirib.
Bununla belə, o, hansı konkret addımların atılacağının detallarını açıqlamayıb.