
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü diqqətlə hazırlanmalıdır. Görüşün keçirilməsi ilə bağlı hələlik konkret razılaşmalar yoxdur.
Bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov yerli KİV-ə açıqlamasında bildirib.
“Xeyr, hələlik bu məsələ ilə bağlı konkret razılaşmalar yoxdur. İdeya havadadır, bu aydındır. Amma prezidentlər səviyyəsində müzakirə oluna biləcək bəzi nəticələr olanda görüş mümkün olacaq. Bu görüşə diqqətlə hazırlaşmaq lazımdır”, – o deyib.