
Bryansk və Kursk vilayətlərində körpülərin partladılması Kiyev tərəfindən deyil, daha çox Rusiyanı məğlub edə biləcəklərinə inanan Paris və ya Londonda planlaşdırılıb.
Bu barədə Rusiya KİV-nə açıqlamasında Dövlət Dumasının Müdafiə komitəsi sədrinin birinci müavini Aleksey Juravlev bildirib.
“Ukraynada çox yaxşı başa düşürlər ki, döyüş meydanında Rusiyanın hücumuna müqavimət göstərə bilmirlər və tədricən bütün istiqamətlərdə mövqeləri əldən verirlər. Məqsəd əhali arasında panika yaratmaqdır. Aydındır ki, bu cür plan Kiyevdə deyil, daha çox Rusiyanı məğlub edə biləcəyinə inanan Parisdə və ya Londonda hazırlanıb. Bu təhlükəni birdəfəlik aradan qaldırmaq lazımdır”, – Aleksey Juravlev deyib.